Ana səhifə / Sosial / İlham Əliyevə «İlin islahatçısı» beynəlxalq mükafatı veriləcək
?????????????????????????????????????????????????????????

İlham Əliyevə «İlin islahatçısı» beynəlxalq mükafatı veriləcək

Azərbaycan prezidenti İlham Əliyevə «İlin islahatçısı» beynəlxalq mükafatı veriləcək.

Virtualaz.org bildirir ki, bu barədə «Caspian European Club»u məlumat yayıb. Məumatda deyilir: 2016-cı il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum – 2016”nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevə “İlin islahatçısı” nominasiyası üzrə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq.

Bunu Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.

“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhvəyə görə Caspian Energy-nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award” beynəlxalq mükafatı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyi ilə təşkil olunur.

Beynəlxalq foruma Caspian European Club-un (Caspian Business Club) deleqatları gələcəklər. Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan Caspian Energy Forum keçiriləcək. Azərbaycanın enerji, nəqliyyat və infrastruktur layihələrindəki hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub dəhliz layihələri, Xəzərin resurs potensialı məruzəçi, deleqat və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian Business Forum baş tutacaq. Caspian Business Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və s. kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə olunacaq.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın