Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İl­ham Əli­ye­vin “Biş­kek de­mar­şı” Er­mə­nis­tan­da Sar­kis­ya­nı  hörmətdən saldı

İl­ham Əli­ye­vin “Biş­kek de­mar­şı” Er­mə­nis­tan­da Sar­kis­ya­nı  hörmətdən saldı

Mə­lum ol­du­ğu ki­mi, MDB Döv­lət Baş­çı­la­rı Şu­ra­sı­nın sentyab­rın 16-da Biş­kek­də ke­çi­ri­lən məh­dud tər­kib­li ic­la­sın­da Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan bu ilin ap­re­lin­də cəb­hə böl­gə­sin­də baş ver­miş ha­di­sə­lər­lə bağ­lı Azər­bay­can­dan şi­ka­yət xa­rak­ter­li çı­xış edib. O, bu ha­di­sə­lər za­ma­nı Azər­bay­ca­nın gu­ya atəş­kəs re­ji­mi­ni poz­du­ğu­nu de­yib.
Er­mə­nis­tan pre­zi­den­tin­dən son­ra əlif­ba sı­ra­sı ilə Be­la­rus pre­zi­den­ti Alek­sandr Lu­ka­şen­ko çı­xış et­mə­li idi. Pre­zi­dent İl­ham Əli­yev Be­la­rus pre­zi­den­tin­dən xa­hiş edib ki, ona da­nış­maq üçün im­kan ver­sin. Be­la­rus pre­zi­den­ti­nin ra­zı­lı­ğın­dan son­ra çı­xış edən İl­ham Əli­yev Er­mə­nis­tan pre­zi­den­ti­nə tu­tar­lı və sərt ca­vab ve­rib: “Er­mə­nis­tan pre­zi­den­ti­nin söz­lə­ri­nə şərh ver­mə­yi özü­mə borc bil­dim. Mən Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tən­zim­lən­mə­si mə­sə­lə­si­nin baş­qa bey­nəl­xalq struk­tur­lar­da həll edil­mə­si­ni əsas tu­ta­raq, bu gün bu möv­zu­da da­nış­ma­ğı la­zım bil­mə­dim. Am­ma er­mə­ni tə­rə­fi­nin növ­bə­ti şi­ka­yə­ti­ni eşi­dən­də, bu­nu şərh et­mə­yi özü­mə borc say­dım.
Er­mə­ni tə­rə­fi bu şi­ka­yət­lər­lə ar­tıq bü­tün bey­nəl­xalq təş­ki­lat­la­rı bez­di­rib. Tə­səv­vür edir­si­niz­mi, və­ziy­yət ki­fa­yət qə­dər pa­ra­dok­sal­dır: Er­mə­nis­tan su­ve­ren döv­lə­tin əra­zi­si­ni iş­ğal edir, onun əra­zi bü­töv­lü­yü­nü po­zur, Dağ­lıq Qa­ra­bağ­dan və ona bi­ti­şik yed­di ra­yon­dan yer­li azər­bay­can­lı əha­li­ni qo­vur, bir mil­yon in­sa­nı qaç­qın və məc­bu­ri köç­kün və­ziy­yə­ti­nə sa­lır, iş­ğal edil­miş əra­zi­lər­də hər şe­yi, o cüm­lə­dən ta­ri­xi, di­ni, mə­də­ni abi­də­lə­ri­mi­zi, bü­tün infrastruk­tu­ru da­ğı­dır, – bu, ATƏT-in iki mis­si­ya­sı­nın mə­ru­zə­lə­ri ilə təs­diq edi­lib, – son­ra isə 20 il­dən ar­tıq müd­dət­də da­nı­şıq­lar pro­se­si­ni imi­ta­si­ya et­mək­lə məş­ğul olur. Ey­ni za­man­da, bu pro­se­sin son­suz ol­ma­sı üçün vax­ta­şı­rı müx­tə­lif təx­ri­bat­la­ra əl atır və on­lar­dan bi­ri məhz bu ilin ap­re­lin­də ol­du. Azər­bay­ca­nın dinc sa­kin­lə­ri­nin beş yüz­dən çox evi er­mə­ni or­du­su tə­rə­fin­dən ar­til­le­ri­ya atə­şi­nə mə­ruz qal­dı, yüz­dən çox ev da­ğı­dıl­dı, ara­la­rın­da uşaq­lar da ol­maq­la, təx­mi­nən on dinc və­tən­daş qət­lə ye­ti­ril­di, hə­lak ol­du.
Bey­nəl­xalq təş­ki­lat­lar bu mə­sə­lə­nin ne­cə tən­zim­lən­mə­li ol­du­ğu­nu çox də­qiq an­la­yır. Ali bey­nəl­xalq struk­tur var – BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı. Bu struk­tur­dan yük­sə­yi yox­dur. Təh­lü­kə­siz­lik Şu­ra­sı 1990-cı il­lə­rin əv­vəl­lə­rin­də dörd qət­na­mə qə­bul edib. Hə­min sə­nəd­lər­də er­mə­ni iş­ğal­çı qüv­və­lə­ri­nin Azər­bay­can əra­zi­sin­dən qeyd-şərtsiz və dər­hal çı­xa­rıl­ma­sı tə­ləb olu­nur. Bu qət­na­mə­lər ye­ri­nə ye­ti­ril­mir. Er­mə­nis­tan on­la­ra mə­həl qoy­mur və keç­miş Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti­nin in­zi­ba­ti sər­həd­lə­ri­ni sü­ni şə­kil­də də­yiş­dir­mək­lə, hə­min əra­zi­ni qa­nun­suz məs­kun­laş­dır­maq­la ye­ni re­al­lıq­lar ya­rat­ma­ğa ça­lı­şır. Bu ta­ma­mi­lə qa­nun­suz­dur, ci­na­yət­dir və bu ci­na­yət in­di­yə qə­dər da­vam edir.
Biz sülh pro­se­si­nə sa­di­qik. Biz konstruk­tiv iş­lə­yi­rik. Minsk Qru­pu möv­cud­dur. Am­ma er­mə­ni tə­rə­fi bu for­mat­dan yal­nız da­nı­şıq­lar pro­se­si­nin son­suz ol­ma­sı üçün is­ti­fa­də edir. On­lar sülh is­tə­mir­lər. On­lar bi­zim əra­zi­lə­ri­mi­zi da­im nə­za­rət al­tın­da sax­la­maq və hər yer­də Azər­bay­ca­nı bun­da it­ti­ham et­mək is­tə­yir­lər ki, gu­ya biz nə­yi­sə po­zu­ruq. Biz zə­rər­çək­miş tə­rə­fik. Biz heç kə­sin əra­zi­si­ni iş­ğal et­mə­mi­şik. Bi­zim əra­zi­lə­ri­miz, bey­nəl­xalq bir­lik tə­rə­fin­dən ta­nın­mış Azər­bay­can əra­zi­lə­ri­nin 20 fa­i­zi iş­ğal al­tın­da­dır. Re­al­lıq­lar bun­dan iba­rət­dir. Bu­na gö­rə mən, Er­mə­nis­tan pre­zi­den­ti­nin növ­bə­ti yer­siz şi­ka­yə­ti­ni nə­zə­rə ala­raq, bir da­ha bun­la­rı həm­kar­la­rı­mı­zın diq­qə­ti­nə çat­dır­ma­ğı özü­mə borc bil­dim”.
Qeyd edək ki, İl­ham Əli­ye­vin Serj Sar­kis­ya­nı sus­dur­ma­sı er­mə­ni me­di­a­sın­da re­zo­nan­sa sə­bəb olub. Mə­sə­lə ilə bağ­lı “ar­me­ni­an­re­port” sa­yın­da Qraç­ya Qa­lustyan im­za­sı ilə ya­yı­lan mə­qa­lə­də Sar­kis­ya­nın qor­xaq ol­du­ğu qeyd olu­nur: “Kə­dər­li pa­ra­lel­lik apar­maq is­tə­yi­rəm. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın föv­qə­la­də top­lan­tı­sın­da Ru­si­ya­nın Su­ri­ya­da­kı ad­dım­la­rı tən­qid olu­nur. ABŞ nü­ma­yən­də­si Sa­man­ta Pa­u­er Ru­si­ya­nı iki­üz­lü­lük­də və hə­ya­sız­lıq­da it­ti­ham edir. Ru­si­ya nü­ma­yən­də­si Çur­kin eti­raz əla­mə­ti ola­raq ic­la­sı tərk et­di. Yə­ni ru­si­ya­lı dip­lo­mat ame­ri­ka­lı rə­qi­bi ilə mü­ba­hi­sə et­mək gü­cün­də ol­ma­dı­ğı­nı gös­tə­rə­rək fə­ra­ri­lik et­di. La­kin bu­ra­da heç ol­ma­sa de­mar­şın əla­mə­ti var. Əf­sus­lar ol­sun ki, İl­ham Əli­ye­vin qar­şı­sın­da al­ça­lan Sar­kis­yan bu ba­ya­ğı va­si­tə­yə – fə­ra­ri­li­yə be­lə la­yiq gö­rül­mə­di”. Bu­nun­la ya­na­şı, mü­əl­lif ya­zır ki, Serj Sar­kis­yan Biş­kek ic­la­sın­da ap­rel ha­di­sə­lə­ri­nə to­xu­na­raq Azər­bay­ca­nın ün­va­nı­na tən­qid­lər səs­lən­dir­di: “O, ya­vaş-ya­vaş, yek­nə­sək, da­rıx­dı­rı­cı səs­lə və bə­zən səhvlər bu­ra­xa­raq ka­ğız­dan oxu­yur­du. Onun nit­qi ha­mı­nın əs­nə­mə­si­nə sə­bəb ol­du. Ar­tıq bu bi­rin­ci bi­a­bır­çı fakt idi. Çün­ki bi­zim öl­kə­ni sa­vad­sız təq­dim edir, onun çı­xı­şı ilə kol­le­qa­la­rı­nın heç bi­ri ona hör­mət et­mir. Həm də bu­nu giz­lət­mir­lər be­lə. Axı bi­rin­ci də­fə de­yil. Hət­ta Vla­di­mir Pu­tin be­lə Sar­kis­ya­na hör­mət et­mə­di­yi­ni nü­ma­yiş et­dir­di. Er­mə­nis­tan pre­zi­den­ti­nə hör­mət qo­yul­ma­dı­ğı da­ha son­ra açıq şə­kil­də or­ta­ya çıx­dı. Be­lə ki, əlif­ba sı­ra­sı ilə Be­la­rus pre­zi­den­ti Alek­sandr Lu­ka­şen­ko çı­xış et­mə­li idi. La­kin İl­ham Əli­yev Lu­ka­şen­ko­dan çı­xış üçün ica­zə is­tə­di. O rədd edə bi­lər­di, am­ma ki­mə gö­rə, Serj Sar­kis­ya­na gö­rə­mi? Lu­ka­şen­ko Əli­ye­və Sar­kis­ya­nı al­çaltma­ğa şə­ra­it ya­rat­dı”.
Mü­əl­lif da­ha son­ra Serj Sar­kis­ya­nın İl­ham Əli­yev qar­şı­sın­da ne­cə əzil­di­yi­ni qeyd edir: “İl­ham Əli­yev “Er­mə­nis­tan tə­rə­fi şi­ka­yət­lə­ri ilə ar­tıq bü­tün bey­nəl­xalq təş­ki­lat­la­rı bez­di­rib” de­yə bil­dir­di. Bu, açıq şə­kil­də Sar­kis­ya­nı, ümu­miy­yət­lə Er­mə­nis­ta­nı şil­lə­lə­mək idi. Özü də bu şil­lə me­di­a­nın və pre­zi­dentlə­rin önün­də gəl­di. Hər kəs Əli­ye­və hör­mət­lə qu­laq as­dı. Sar­kis­yan isə ca­nı­nı ya­zıq fra­za ilə qur­tar­ma­ğa ça­lış­dı: “Ya­la­na ca­vab ver­mək mə­na­sız­dır”. Dər­hal Əli­yev­dən növ­bə­ti zər­bə gəl­di: “Mən ar­tıq ya­la­na ca­vab ver­dim”. Bu nə­dir? Al­çal­maq de­yil­mi? Biz nə qə­dər al­çal­ma­ğa dö­zə­cə­yik? Dip­lo­ma­ti­ya­nı və mü­ba­hi­sə et­mə­yi ba­car­ma­yan, mü­za­ki­rə­lər­dən qa­çan bu ada­ma ni­yə döz­mə­li­yik?”.
Na­hid SA­LA­YEV

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın