Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / İl­ham Əli­yev  “dün­ya bir­li­yi ma­ni­pul­ya­si­ya­sı­na” güc­lü əks-ar­qu­mentlər gös­tər­di

İl­ham Əli­yev  “dün­ya bir­li­yi ma­ni­pul­ya­si­ya­sı­na” güc­lü əks-ar­qu­mentlər gös­tər­di

“Elə mə­sə­lə­lər var ki, ora­da he­ge­mon gü­cə ma­lik ol­ma­yan öl­kə­lə­rin də ma­raq­la­rı, tək­lif­lə­ri, rəy­lə­ri nə­zə­rə alın­ma­lı­dır”

Vü­qar Qə­di­rov: “Əks təq­dir­də bu­nun adı dün­ya bir­li­yi­nin möv­qe­yi ki­mi ifa­də olu­na bil­məz”

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Dün­ya Xə­bər Agentlik­lə­ri­nin V Konqre­si iş­ti­rak­çı­la­rı­nın bir qru­pu­nu qə­bul edən za­man dün­ya­nın adın­dan ki­min­sə fər­di şə­kil­də da­nış­ma­ğa haq­qı ol­ma­dı­ğı­nı bil­di­rib:
“Siz dün­ya de­yən­də ki­mi nə­zər­də tu­tur­su­nuz? Siz hə­mi­şə dün­ya­nın adın­dan da­nış­ma­ğı xoş­la­yır­sı­nız. Mən 13 il­lik pre­zi­dentlik fə­a­liy­yə­tim döv­rün­də bu­nun şa­hi­di­yəm. Dün­ya hər han­sı bir ay­rı­lıq­da gö­tü­rül­müş öl­kə­dən bö­yük məf­hum­dur. Biz çox za­man be­lə bir ifa­də­yə rast gə­li­rik ki, bey­nəl­xalq bir­lik han­sı­sa bir mə­sə­lə­dən na­ra­hat­dır. O za­man mü­əy­yən­ləş­dir­mək la­zım­dır, bey­nəl­xalq bir­lik de­dik­də nə nə­zər­də tu­tul­ma­lı­dır? Bey­nəl­xalq bir­lik BMT-yə üzv olan 200 öl­kə de­mək­dir. Dü­nən mən öz çı­xı­şım­da da qeyd et­dim ki, bu öl­kə­lə­rin üç­də iki­si Azər­bay­ca­nı BMT-nin Təh­lü­kə­siz­lik Şu­ra­sı­na üzvlük mə­sə­lə­sin­də dəs­tək­lə­miş­dir. Mən dü­nən­ki çı­xı­şım­da onu da qeyd et­miş­dim ki, Azər­bay­can­da mət­bu­at azad­lı­ğı tam şə­kil­də tə­min olu­nub. Bu mə­sə­lə­nin ma­hiy­yə­ti­nə diq­qət ye­tir­mək ki­fa­yət edir. Öl­kə­miz­də əgər azad in­ter­net fə­a­liy­yət gös­tə­rir­sə, sen­zu­ra yox­dur­sa, əha­li­nin 75 fa­i­zi in­ter­net is­ti­fa­də­çi­si­dir­sə, mət­bu­at azad­lı­ğı­nın məh­dud­laş­dı­rıl­ma­sın­dan ne­cə da­nış­maq olar?! Əgər so­si­al şə­bə­kə­də – “Feysbuk”da və “Tvit­ter”də 2 mil­yon in­sa­nı­mız var­sa, mət­bu­at azad­lı­ğı­nı ne­cə məh­dud­laş­dır­maq olar?! Biz qar­şı­mı­za bu cür si­ya­si məq­səd qoy­ma­mı­şıq. Bi­zim məq­sə­di­miz bü­tün azad­lıq­la­rın tə­min olun­du­ğu, mü­a­sir, in­ki­şaf edən, de­mok­ra­tik cə­miy­yət qu­ru­lu­şu­nu da­vam et­dir­mək­dən iba­rət­dir. Bu bü­tün di­gər azad­lıq­la­ra da şa­mil olu­nur. Mə­sə­lən, sər­bəst top­laş­ma hü­qu­qu. Bə­zən Azər­bay­ca­nı tən­qid edir­lər ki, biz­də sər­bəst top­laş­ma hü­qu­qu yox­dur. Bu yan­lış­dır. Bu­nun üçün bu yay mü­xa­li­fə­tin ke­çir­di­yi mi­tinqlə­rə nə­zər sal­maq ki­fa­yət­dir. Qeyd edim ki, on­lar ora­ya çox adam yı­ğa bil­mə­di­lər, on­la­rın sa­yı dü­nən Hey­dər Əli­yev Mər­kə­zin­də ke­çi­ri­lən təd­bir iş­ti­rak­çı­la­rı­nın sa­yın­dan az idi. La­kin on­lar azad şə­kil­də top­laş­mış­dı­lar, heç bir məh­du­diy­yət yox idi. Bir da­ha qeyd edi­rəm ki, Azər­bay­can­da mət­bu­at azad­lı­ğı tam şə­kil­də tə­min olu­nub. Ay­rı-ay­rı jur­na­listlər­lə bağ­lı olan mə­sə­lə­lə­rə kon­tekstdən kə­nar ba­xıl­ma­ma­lı­dır. Öl­kə­lə­rin ço­xun­da jur­na­listlə­rin ci­na­yət tö­rət­mə­si hal­la­rı baş ve­rir və on­lar is­tin­ta­qa cəlb olu­nur­lar. Biz bu mə­sə­lə­də ob­yek­tiv ol­ma­lı­yıq, mə­sə­lə­lə­rə ob­yek­tiv­lik möv­qe­yin­dən ya­naş­ma­lı­yıq. Mən də si­zə be­lə bir su­al ver­mək is­tər­dim: Azər­bay­ca­nı qeyd et­di­yim mə­sə­lə­lər­lə bağ­lı tez-tez tən­qid edir­lər, bəs siz mə­nə de­yə bi­lər­si­niz­mi ki, nə­yə gö­rə Cu­li­an As­sanj hə­lə də Ek­va­do­run Lon­don­da­kı sə­fir­li­yin­də­dir? Cu­li­an As­sanj bir ne­çə il bun­dan qa­baq han­sı­sa qa­dın­la han­sı­sa əla­qə­lə­rə gö­rə ekstra­di­si­ya və ölüm cə­za­sı təh­lü­kə­si ilə üz­lə­şib. O, iki il­dən ar­tıq­dır ki, sə­fir­lik­də­dir və çö­lə çıx­maq­dan qor­xur. Bu­nu ne­cə izah edə bi­lər­si­niz? Jur­na­listlə bu cür rəf­tar et­mək de­mok­ra­tik­dir­mi? Bu rəf­ta­ra nə ad ver­mək olar?”.
İl­ham Əli­ye­vin dün­ya bir­li­yi ilə bağ­lı or­ta­ya qoy­du­ğu kon­sep­tu­al ya­naş­ma­nı ne­cə qiy­mət­lən­dir­mək olar?
Ekspert Vü­qar Qə­di­rov qə­ze­ti­mi­zə bil­dir­di ki, cə­nab Pre­zi­den­tin bu mə­sə­lə­yə ya­naş­ma­sı tam ob­yek­tiv­dir: “Xü­su­si­lə də bu­nu dün­ya­nın ta­nın­mış me­dia re­sursla­rı rəh­bər­lə­ri­nin diq­qə­ti­nə çat­dır­ma­sı ol­duq­ca əhə­miy­yət­li­dir. Çün­ki çox vaxt bi­zə təz­yiq­lə­rin dal­ğa­sı məhz dün­ya­nın ta­nın­mış me­dia nü­mu­nə­lə­ri va­si­tə­si­lə baş­la­dı­lır. Məhz hə­min KİV-lər­də dün­ya bir­li­yi adın­dan bə­ya­nat­lar ve­ri­lir, ya­naş­ma­lar or­ta­ya qo­yu­lur. Azər­bay­ca­nın bu sa­hə­də ki­fa­yət qə­dər təc­rü­bə­si ol­du­ğu sə­bə­bin­dən, ar­tıq əsas­sız təz­yiq­lər­lə bağ­lı bir imu­ni­tet me­xa­niz­mi­miz var. Ta­ma­mi­lə doğ­ru­dur ki, kim­sə və han­sı­sa öl­kə dün­ya bir­li­yi­nin adın­dan da­nı­şa bil­məz. Bu­na haqq et­mir. Dün­ya bir­li­yi BMT-yə üzv olan bü­tün öl­kə­lər­dən iba­rət­dir. Bu məf­hu­mu kim­sə özü­nün­kü­ləş­di­rib öz məq­səd­lə­ri üçün is­ti­fa­də edə bil­məz. Elə mə­sə­lə­lər var ki, ora­da he­ge­mon gü­cə ma­lik ol­ma­yan öl­kə­lə­rin də ma­raq­la­rı, tək­lif­lə­ri, rəy­lə­ri nə­zə­rə alın­ma­lı­dır. Əks təq­dir­də bu­nun adı dün­ya bir­li­yi­nin möv­qe­yi ki­mi ifa­də olu­na bil­məz. He­sab edi­rəm ki, cə­nab Pre­zi­den­tin ver­di­yi təs­ni­fat doğ­ru­dur və tam ye­rin­də­dir”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın