Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İkram İsrafil Mirmahmud Mirəlioğlu ilə  alternativ ola bilər – 43 saylı dairə

İkram İsrafil Mirmahmud Mirəlioğlu ilə  alternativ ola bilər – 43 saylı dairə

“Onunla danışıb məsləhətləşmişik, iki-üç günə məsələni həll edəcəyik”

 
Müxalifət partiyaları parlament seçkiləri ilə bağlı namizədlər siyahılarını açıqlayıblar. Proses hələ də davam edir. Açıqlanan siyahılarda diqqətçəkən məqamlardan eyni dairədə iki və daha çox tanınmış müxalifətçinin namizədliyinin irəli sürülməsidir. 
Belə dairələrdən biri 43 saylı Sumqayıt seçki dairəsidir. Həmin seçki dairəsindən Müsavat Partiyası 2005-2010-cu illərdə bu dairənin deputatı olmuş Divan üzvü İkram İsrafilin namizədliyini irəli sürüb. “Azadlıq 2015″ seçki blokunun namizədlər siyahısında isə həmin dairədən KXCP sədri Mirmahmud Mirəlioğlu namizəd kimi qeyd olunub.
 
İkram İsrafillə əlaqə saxlayıb Mirmahmud Mirəlioğlu kimi tanınmış siyasətçi ilə eyni dairədə mübarizə aparmağın çətin olub-olmayacağını, bir-birinə güzəştə gedə biləcəklərinin mümkün olub-olmadığını soruşduq. 
 
İkram İsrafil hələ iki ay öncə “Yeni Müsavat” qəzetinin suallarını cavablayan zaman ya 30 ildən çoxdur yaşadığı 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən,  ya da doğulduğu və millət vəkili olduğu dövrdə çoxsaylı işlərin görülməsinə nail olduğu 115 saylı Şəki kənd seçki dairəsindən namizəd olacağı barədə dediklərini xatırlatdı. Sonra bildirdi ki, namizədliyini 43 saylı seçki dairəsindən verəcəyini açıqladıqdan sonra Mirmahmud Mirəlioğlunun da 43 saylı dairədən namizəd irəli sürüldüyünü mediadan öyrənib: “Hörmətli Mirmahmud ağayla illərdən gələn qarşılıqlı səmimi münasibətimiz var və davam edir. Ağayla danışıb məsləhətləşmişik , inşallah iki-üç günə bu məsələni həll edəcəyik”.
 
E.SEYİDAĞA

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın