Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / İki uşaq anası ərinin bibisi oğluna qoşulub qaçıb

İki uşaq anası ərinin bibisi oğluna qoşulub qaçıb

Bir neçə gün əvvəl Bərdədə baba və nənəsi tərəfindən xəstəxanaya atılan uşaqlara ataları sahib çıxıb.

Xəzərxəbər xəbər verir ki, uşaqların atası, Bərdənin Körpüqıran kənd sakini Sərxan Kərimov hadisədən xəbərsiz olduğunu bildirib.

Hadisədən xəbər tutan ata Sərxan Kərimov dərhal xəstəxanaya müraciət edərək uşaqlarını geri götürüb. Rayon icra hakimiyyəti nümayəndələri və hüquq-mühafizə orqanlarının iştirakı ilə sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib.

Ailənin iddialarına görə, uşaqların anası həyat yoldaşının bibisi oğlu ilə bir müddət telefonla danışıb. Sərxan Kərimov da bundan xəbər tutduğundan bir neçə dəfə aralarında mübahisə baş verib. Sonuncu mübahisə zamanı isə qadın evdən qaçıb.

Uşaqlara sahib çıxmaq istəməyən qadının atası və anası onları xəstəxanaya atıb.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …