Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Sosial / İki icra başçısının başı dərddə – adları…

İki icra başçısının başı dərddə – adları…

Son bir həftədə prezident İlham Əliyev iki dəfə-həm “Hacı Cavad”, həm də “Ovçular evi” ilə bağlı yaranmış məsələyə şəxsən müdaxilə etməli olub, hər iki halda əhalini narazı salan söküntü işlərini dayandırmaq barədə göstəriş verib; Yasamaldakı qanunsuz tikinti ilə bağlı məsuliyyət Bakı merinin və İbrahim Mehdiyevin üzərində qalıb

 

Aprelin 15-də prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisinin dayandırılması ölkə gündəmin əsas müzakirə edilən mövzularından biridir.

Xatırladaq ki, tikinti “A-3 Sənaye Tikinti Korporasiyası” adlanan MMC tərəfindən başlanılıb. Şirkəti mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Bu, ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev sərt reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.
Rəsmi məlumata görə, ağacların qanunsuz kəsilməsi ilə bağlı şirkətə ümumilikdə 130 min 760 manat cərimə kəsilib.

Image result for Prezidentdən xəbərdarlıq
Məlum olub ki, şirkət “Ovçular evi”nin ərazisində tikintinin icazəsini Bakı Şəhər İcra Hakimiyyətindən alıb. Hazırda “Ovçular evi” İctimai Birliyinin ərazisində qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.
İddialara görə, ərazidə Milli Məclisin deputatları üçün “Böyük Plaza” adlı yaşayış kompleksi, o cümlədən biznes-ticarət mərkəzinin inşa edilməsi planlaşdırılıbmış.
İndi əsas diqqətlər tikintiyə icazə vermiş Bakı meri Hacıbala Abutalıbova və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sonrakı taleyinə yönəlib. Çünki bu qanunsuz əməllərdə əsas məsuliyyət əsasən onların üzərinə düşür.

Image result for Hacı Cavad Məscidi
Prezident 2015-ci ildə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib. Məcəlləyə edilən dəyişikliyə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərməlidir. Həmin sorğuya 15 gün müddətində rəy bildirilməlidir.
Qanuna görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir.

Image result for İbrahim Mehdiyev
Şəhərsalma və Tikinti Məcəlləsində icazə verən orqan “müvafiq icra hakimiyyəti” adı altında ümumiləşdirilsə də, aydındır ki, bu cür iri bir tikintinin icazəsi üçün BŞİH başçısının imzası mütləqdir. Məsələn, bir neçə ay əvvəl elə “Ovçular evi”nin bir addımlığında yerləşən Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tikintisinə də icazəni H.Abutalıbov imzalamışdı. Qanunda verdiyimiz qısa sitatlar və prezidentin tikintinin dayandırılması barədə qərarı da onu təsdiqləyir ki, müvafiq icra orqanları qanunun tələblərini heçə sayıb. Burada digər tikintiyə məsul qurumların da məsuliyyəti var ki, şübhəsiz, onların da “başı ağrıyacaq”.
Virtualaz.org tikinti aparan şirkətin Adəm İsmayılov adlı deputata məxsus olduğunu yazsa da, hazırda Milli Məclisin tərkibində belə bir şəxs yoxdur. Bizim araşdırmaya görə, A.İsmayılov deputat yox, 2015-ci ildə deputatlığa namizəd olub.

Image result for Ovçular evi
Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur. Bakıda böyük binaların tikintisi məhdudlaşdırıldığından indi bu “şirinlik” yəqin ki, iki dəfə artıb. Bina deputatlar üçün nəzərdə tutulduğundan ola bilsin ki, müvafiq icazə üçün rüşvət tələb olunmayıb. Amma nəzərə alsaq ki, burada təkcə yaşayış binası deyil, həm də ticarət obyektlərinin tikilməsi də planlaşdırılıb, o halda şübhələr üçün əsas yaranır.
İddialar var ki, tikinti üçün icazə verilməsinin məsuliyyətini 2006-cı ilin sentyabrından hal-hazıra kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İbrahim Mehdiyevin üzərinə qoymaq istəyirlər. Çünki şirkət cərimələnsə də, ortada cinayət işi, prezidentin iradəsi var.
Son aylar Yasamaldakı söküntü işləri ilə bağlı İbrahim Mehdiyev tez-tez hədəfə çıxır. Mikayıl Müşfiqin heykəlinin sökülməsindən sonra yaranmış qalmaqalı xatırlamaq kifayətdir. İ.Mehdiyev “Sovetski” dəki “Hacı Cavad” məscidin sökülməsi ilə bağlı da narazılığın əsas fiquru idi. İndi isə ortaya daha bir ciddi qanunsuzluq çıxıb…

Image result for Hacıbala
H.Abutalibovun Bakının icra başçısı vəzifəsindən tezliklə çıxarılacağı barədə çox yazılsa da, o, paytaxtda hələ ki söz sahibi olaraq qalır. Amma ondan da İ.Mehdiyev kimi narazılıq kifayət qədərdir…
Prezident cidd-cəhdlə ölkə iqtisadiyyatında dönüş yaratmaq üçün çalışdığı bir vaxtda bəzi məmurların “qaşınmayan yerdən qan çıxarması” və əhalidə narazılıq yaratması ümumi siyasətə tam ziddir. Təsadüfi deyil ki, son bir həftədə prezident İlham Əliyev iki dəfə-həm “Hacı Cavad”, həm də “Ovçular evi” ilə bağlı yaranmış məsələyə şəxsən müdaxilə etməli olub, hər iki halda əhalini narazı salan söküntü işlərini dayandırmaq barədə göstəriş verib.

Həmçinin oxuyun

Bələdiyyələr “ölü basdırmaqdan” qazanacaqlar

Torpaq satmaqdan başqa funksiyası olmayan bələdiyyə sektorunun bu işi şəffaf şəkildə həyata keçirəcəyinə inam azdır, …

Bir cavab yazın