Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Sosial / İki gün əvvəl ev alan məktəb direktoru vəfat etdi

İki gün əvvəl ev alan məktəb direktoru vəfat etdi

Göyçay rayonunda məktəb direktoru dünyasını dəyişib.

Göyçay şəhər 8 saylı tam orta məktəbin direktoru, 1977-ci il təvəllüdlü Usubəliyev Ceyhun Ramiz oğlu dünən qəfildən dünyasını dəyişib. Onun Göyçay şəhərinin RTS adlanan ərazisindəki beşmərtəbəli binadan iki gün öncə aldığı mənzildə ürəktutması səbəbindən öldüyü bildirilir.

Ceyhun Usubəliyevin meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.(apa.az)

Həmçinin oxuyun

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol – VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara …