Bazar , Oktyabr 17 2021
Ana səhifə / Sosial / İki gün əvvəl çəkilən yol niyə qazılıb?

İki gün əvvəl çəkilən yol niyə qazılıb?

Paytaxtın yenicə təmir olunan Ceyhun Səlimov küçəsinin bir hissəsində yenidən qazıntı aparılıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, sözügedən ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verib: “Təəssüf ki, küçənin yan yolunda hərəkət hissənin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır”.

“Azərenerji” ASC-dən isə Pravda.az-a bildirilib ki, işlər 2-3 saata yekunlaşacaq.

Qeyd edək ki, Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində təmir işləri 2 gün əvvəl başa çatdırılmışdı.

İki gün əvvəl çəkilən yol niyə qazılıb? - SƏBƏB (FOTO) - Gallery Image

Həmçinin oxuyun

Bakıda güclü yanğın başladı: Alov ticarət mərkəzinə keçmək üzrədir (FOTO)

Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb. Qaynarinfo xəbər verir ki, hadisə metronun yaxınlığında baş verib. …