Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / “İdeal” saxta mal satma iddialarını təkzib edir – MÖVQE

“İdeal” saxta mal satma iddialarını təkzib edir – MÖVQE


“IDEAL” parfümeriya və kosmetika mağazalar şəbəkəsi Türkan Turanın sosial şəbəkədə və bəzi xəbər saytlarında paylaşımına dair bildirmək istəyir ki, şirkət haqqında yazılan şikayətlər əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd etmək istərdik ki, cəmiyyətdə müəyyən nüfuza malik insanların araşdırma etmədən bu cür əsassız məlumatlar verməsi bizdə böyük təəssüf hissi doğurur.
Cinayət Məcəlləsinin 147-ci maddəsinin birinci bəndinə uyğun olaraq şirkəti nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında əsassız olaraq yaymaq qanunaziddir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən siyahıya əsasən pərakəndə satış obyektlərində dəyişdirilməli olmayan malların siyahısına pafüm və kosmetik vasitələr də daxildir.
Xatırladaq ki, “İdeal” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə yalnız orjinal məhsulları təqdim edir.
Adı çəkilən brendin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş gigiyenik sertifikatı mövcuddur https://bit.ly/2ku2j2u ki, bu da onun orijinallığını bir daha sübut edir.
Hörmətlə,

Synergy Partnershi MMC

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …