Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / İctimai yerlərdə karantin qaydalarına necə əməl edilir? – Video

İctimai yerlərdə karantin qaydalarına necə əməl edilir? – Video

Xüsusi karantin rejmindəki bəzi yumşalmalar vətəndaşların arxayınlaşmasına səbəb olmamalıdır. İctimai yerlərdə qoruyucu maskadan istifadə olunmalı, sosial məsafəyə diqqət edilməlidir. Polis vəziyyətə nəzarət etmək üçün vaxtaşırı reydlər keçirəcək.

Elə bu gün də Xəzər Tv-nin əməkdaşları belə reydlərin birində iştirak ediblər.

Dönərxananın qarşısında durub növbə gözləyirlər. Amma bir çoxunda tibbi maska yoxdur.

Görüntülər paytaxtın Nəsimi rayonu ərazisində çəkilib. Polislə bərabər keçirilən reyd zamanı aşkar edildi ki, işləməsinə icazə verilən bir çox ictimai obyektdə karantin qaydalarına əməl edilmir.

Reyd zamanı məlum olub ki, bəzi geyim mağazasında da işçilər həm sosial məsafəyə məhəl qoymurlar həm də qoruyucu masklardan düzgün istifadə etmirlər.

Bu şəxslər bilməlidir ki, onların maskadan düzgün istifadə etməməsi özləri və ailə üzvləri üçün təhlükəlidir. Çəkiliş zamanı polis əməkdaşları müəyyən etdilər ki, elektronika malları satılan bu mağazada da bəzi işçilər qaydalara düzgün əməl etmirlər.

Bəzi bərbərxana və gözəllik salonlarında isə qaydalara ciddi əməl edilir. Bir daha xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərərgahın qaydalarına əsəsan fəaliyyətinə icazə verilən ictimai yerlərdə sosial məsafəyə diqqət edilməli və qoruyucu maskalardan istifadə mütləq olunmalıdır.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …