Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / İctimai nəqliyyatda niyə göstərişlərə əməl edilmir? – Video

İctimai nəqliyyatda niyə göstərişlərə əməl edilmir? – Video

Avtobuslarda sürücü ilə sərnişinin arası şəffaf arakəsmələrlə ayrılmayıb. Baxmayaraq ki, virusla əlaqədər bu gündən ictimai nəqliyyatda sürücü və sərnişinin fiziki təması aradan qaldırılmalı idi. TƏBİB tərəfindən ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair hazırlanan metodiki göstərişlərdə belə bir tələb var.

Metodiki göstərişlərdə həmçinin qeyd edilirdi ki, bütün sərnişinlər maskadan istifadə etməlidirlər. Ancaq mənzərə onu deməyə əsas verir ki, sərnişinlər hələ də sağlamlıqlarına biganə yanaşırlar. Əslində, vətəndaşlar sosial məsafəni qorumalı, ictimai yerlərdə virusdan qorunmaq üçün maska və əlcəkdən istifadə etməlidir.

Taksilərdə isə sərnişinlər bu gündən yalnız arxada oturmalı, sürücü ilə sərnişinin arası şəffaf arakəsmələrlə ayrılamlı idi. Bəzi taksilərdə bu tələbə əməl etsə də, əksəri hələ də riayət etməyib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib ki, metodiki göstərişlərlə bağlı tədbirlər planı hazırlanıb. Bütün daşıyıcılara şəffaf arakəsmələrin quraşdırılması göstərişi verilib. Taksilərdə artıq arakəsmələrin quraşdırılmasına bu gündən başlanılıb, avtobuslara isə bu gecədən quraşdırılacaq.

Mais Ağayev onu da bildirib ki, pandemiyadan sonrakı dövrdə bütün daşıyıcı şirkətlərin fəaliyyəti, qoyulan tələblərə əməl edib-etməmələri tam araşdırılacaq. Belə həssas dönəmdə sui-istifadə hallarına yol verən daşıyıcılarla bağlanan müqavilələrə xitam veriləcək.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …