Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Sosial / İctimai nəqliyyatdan kimlər pulsuz istifadə edə bilər?

İctimai nəqliyyatdan kimlər pulsuz istifadə edə bilər?

2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 761 nəfərini ödənişsiz istifadəçilər təşkil ediblər.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 252 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 538 sərnişin deməkdir.

Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 455.

Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1% az), keçən ilin yanvar ayına nisbətən (0,3% az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.

Maraqlıdır, kimlər avtobus və metrodan pulsuz istifadə edə bilər?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşadək bir uşaq aparmaq hüququna malikdir:

“Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin altıncı bəndinə əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.

Bununla yanaşı, “Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cü bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər”.

“Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:

“7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və “veteran” statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər”.

Həmçinin oxuyun

Xalq artisti Emin Ağalarov Bakıda 4 mərtəbəli avtodayanacaq tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” …