Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / İctimai çimərliklərin sayı niyə azalır? (VİDEO)

İctimai çimərliklərin sayı niyə azalır? (VİDEO)

Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Odur ki, istirahət etmək istəyənlərin əksəriyyəti müəyyən məbləğ ödəməklə özəl çimərliklərə getməyə məcbur olurlar.
Söhbət hamı üçün nəzərdə tutulan və istirahət üçün heç bir ödəniş tələb edilməyən ictimai çimərliklərdən gedir. Paytaxt sakinləri düşünürlər ki, belə çimərliklərin sayı durmadan azalır.
Barmaqla sayılacaq qədər az olan belə çimərliklərin durumu da sözün əsl mənasında acınacaqlıdır. Çünki bu çimərliklərdə təmizliyə nəzarət və riayət edilmir.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ictimai çimərliklərin sayının az olması birbaşa ölkəyə olan turist axınına mənfi təsir edən amildir. Onun sözlərinə görə, ictimai çimərliklərin yaradılmasına və ona nəzarətə ciddi ehtiyac var.
Ekspert deyir ki, xarici ölkələrdə, xüsusən də turistik zonalarda ictimai çimərliklər geniş yayılıb və belə istirahət zonalarının sayının çox olması birbaşa turist axınına hesablanıb.
Qeyd edək ki, bu il Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı.


Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …