Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / İcra hakimiyyətindən ən çox tender udan şirkət vergi borcunu ödməyib

İcra hakimiyyətindən ən çox tender udan şirkət vergi borcunu ödməyib

Vergiyə olan borcunu ödəməyən şirkətin əmlakı satışa çxıarılır.

Belə ki, 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.  İdarə “Muğan Nemətləri” Şirkətini cavabdeh kimi göstərib.

İdarə məhkəməyə müraciət edərək şirkətin dövlət büdcəsinə ödənilməmiş 1740 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1740 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını istəyib.

Məhkəmə iddianı əsaslı hesab edərək təmin edib. Şikrətin avadanıqları siyahıya alınaraq satışa çıxarılacaq.

Qeyd edək ki, “Muğan Nemətləri” Şirkəti Salyan Rayon İcra Hakimiyyətindən ən çox tender udan şirkətlərdən biridir.

Məsələn, şirkətə son illərdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası Ərzaq məhsullarının satın alınması üçün 192 min, Salyan Rayon Mərkəzi Xəstəxanası Ərzaq məhsullarının satın alınması üçün 117 min, Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Ərzaq məhsullarının satın alınması üçün 159 min, Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 11 min, Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 11 min, Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi- Ərzaq məhsullarının satın alınması üçün 5 min, Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 11 min, Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 5 min manat pul ayrılıb. Şirkətə bundan başqa tenderlərdə də müxatəlif məbləğlərdə pullar ayrılıb. Musavat.com

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …