Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İcra hakimiyyəti Sabunçu bazarındakı qanunsuz piştaxtaları yenə sökdü – FOTOLAR

İcra hakimiyyəti Sabunçu bazarındakı qanunsuz piştaxtaları yenə sökdü – FOTOLAR

Sabunçu bazarı ətrafında sonradan açılan piştaxtalar növbəti dəfə dağıdılıb.

Musavat.com xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının göstərişinə əsasən bazar ətrafındakı qanunsuzluq aradan qaldırılıb.

Bir neçə saat əvvəl bazar ərazisinə gələn icra hakimiyyətinin nümayəndələri icra başçısının göstərişini icra ediblər. Bazarın kənarında açılan piştaxtalar dağıdılıb.

Qeyd edək ki, artıq bir neçə dəfədir eyni hadisə baş verir. İcra hakimiyyəti qanunsuz piştaxtaları dağıtsa da, sonradan bazar rəhbərliyi həmin piştaxtaların açılmasına növbəti dəfə şərait yaradır.

Bildirək ki, qeyd edilən ərazidə kifayət qədər böyük bazar olsa da, işbazlar daha çox bazarın kənarında piştaxtalar açır və yük maşınlarının saxlayaraq onların alış-veriş etmələrinə şərait yaradırlar. Bu isə bazarda antisanitar vəziyyət yaradır. Həmçinin Sabunçu vağzalı ətrafında hər gün tıxacın yaranmasına səbəb olur.

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …