Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Sosial / İcra hakimiyyəti şəhidə bulaq tikməyə icazə vermir, alınan materiallar isə oğurlanır- FOTOLAR

İcra hakimiyyəti şəhidə bulaq tikməyə icazə vermir, alınan materiallar isə oğurlanır- FOTOLAR

Aprel şəhidimiz gizir Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevə Mingəçevir icra hakimiyyətinin şəhid ailəsinə qarşı biganəliyindən gileylənib.
V.Tağıyeva Moderator.az -a açıqlamasında bildirib ki, icra hakimiyyəti şəhid bulağının tikilməsinə icazə vermir, bulaq üçün alınan materiallar isə naməlum şəxslər tərəfindən hər gecə oğurlanır:
“Bir neçə müddətdir ki, şəhid həyat yoldaşım Rahim Tağıyevin xatirəsini əbədiləşdirmək üçün yaşadığımız binanın qarşısında öz vəsaitim hesabına şəhid bulağı tikmək istəyirəm. Amma Mingəçevir icra hakimiyyəti süründürməçilik edir. Dedilər ki, bulaq tikmək üçün “JEK”-ə gedin. Ora gedib müraciət etdim. Sonra dedilər su kanalı idarəsinə gedin. Ora da getdim. Sonra dedilər ki, icra başçısı ilə görüşüb icazə almalısan. İcra başçısının da qəbuluna düşmək mümkün deyil. Bəs bizim şəhid ailəsi olmağımızın fərqi nə oldu?! Məsələylə bağlı millət vəkilimiz Aydın Mirzəzadəyə müraciət etdim və o, da dedi ki, icra hakimiyyətində işləyən İlham adlı şəxsə müraciət et. Mən də getmədim. Daha bu adamlara müraciət etməkdən bezmişəm. Mən şəhid yoldaşıyam bunların hər birinin qarşısında əyilməliyəmmi?! Bu olanları gördükcə, əminəm ki, şəhid yoldaşımın ruhu inciyir”.
V.Tağıyeva bildirib ki, bulaq üçün aldığı materiallar naməlum şəxslər tərəfindən oğurlanır:
“İndi də bulaq üçün aldığım materiallar gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanır. Mən cavan qadın gecə durum bu materiallara həyətdə qarovul çəkim?! Şəhidin ailəsinə etdikləri hörmət budur. Başqa rayonlarda şəhidin adına küçə verilir, bulaq tikilir. Mən öz şəxsi vəsaitim hesabına bulaq tikmək istəyirəm, ona da əngəl törədirlər. Niyə villa tikənlərə bir günün içində icazə verilir, şəhid bulağı tikənlərə yox?! Xahiş edirəm aidiyyatı qurumlar məsələylə bağlı Mingəçevir icra hakimiyyətinə müvafiq göstəriş və tapşırılarını versinlər”.

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …