Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / İCRA BAŞÇISININ BİZNESİNƏ NƏZARƏT EDƏN ŞƏXS QƏZADA ÖLDÜ – Maşın da icra başçısına məxsusdur

İCRA BAŞÇISININ BİZNESİNƏ NƏZARƏT EDƏN ŞƏXS QƏZADA ÖLDÜ – Maşın da icra başçısına məxsusdur

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs icra başçısının adamı imiş. Avtomobil isə icra başçısınındır. Musavat.com xəbər verir ki, dünən Füzuli rayonu Babı kəndi ərazisində 10 BK 050 dövlət nömrə nişanlı “VAZ-21214” markalı avtomobil aşıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Avtomobil yol kənarına çıxaraq, bir neçə dəfə aşıb.

Sürücü Füzuli rayon 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev hadisə yerində dünyasını dəyişib. Sərnişin isə xəsarət alıb.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən Fuad Əliyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin yaxın adamıdır.

“Fedya” ləqəbi ilə tanınan Fuad Əliyev icra başçısının fermer təsərrüfatına nəzarət edirmiş. İcra başçısının quşçuluq sahəsi üzrə yaratdığı biznes əsasən Fuad Əliyevin nəzarətində imiş.

Onu da qeyd edək ki, Fuad Əliyevin idarə etdiyi avtomobil də icra başçısına məxsusdur.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …