Ana səhifə / Sosial / İcra başçısına qarşı rüşvət ittihamı – 2 mindən 70 minə qədər «hesab»

İcra başçısına qarşı rüşvət ittihamı – 2 mindən 70 minə qədər «hesab»

Laçın rayon sakini Yapon Məmmədov icra başçısı Arif Səlimovla bağlı prezident İlham Əliyevə müraciət edib.
Mia.az-a daxil olan məktubda A.Səlimovun törətdiyi qanunsuz əməllər, sakinlərə qarşı sayğısız münasibətdən bəhs olunur: «Rayon sakinləri adından nəzərə çatdırım ki,Azərbaycanın inkişafı yönündə həyata keçirdiyiniz siyasəti təqdir edir və dəstəkləyirik. Ancaq Sizdə xahiş edirik ki, bizikorrupsioner və rüşvətxor kimi ad çıxarmış Laçın rayon icra hakimiyyətinin başçısı Arif Səlimov zlmündən qurtarasınız. Biz Akif Səlimovdan heç nə tələb etmirik. Bilir ki, hər hansı bir tələbin d mənası yoxdur. Onun əsas işi hansı yollar olursa-olsun pul yığıb varlanmaqdır. Bunun əyani sübutu onun başçı təyin olunduğu gündən bu günə kimi işə götürdüyü iqsanlardan 2 min manatdan 70 min manatadək aldığı pullardır. Taxtakörpü obalarında inanlar ağır şəraitdə yaşayır. Ancaq həmin obalarda Səlimovun dövlətin ona ayırdığı pullar hesabına tikdirdiyi fermalar həmin insanların yaşadığı evlərdən daha mədənidir. İcra başçısının heyvanlarının şəraiti insanların yaşayış şəraitindən qat-qat yaxşıdır. Hələ Səlimovun balıq göllərini demirəm ki, necə müasir proyektdə tikilib».
Şikayətçi bildirib ki, artıq Laçın sakinləri çıxış yolunun rayonun qeydiyyatından çıxmaqda görürlər. Onun bildirdiyinə görə, A.Səlimova qarşı çıxanlar təzyiqlərə məruz qalır, polis tərəfindən sıxışdırılır: «Cənab prezident onu başa düşmürük ki,bu Akif Səlimov hansı fövqəladə gücə malikdir ki, bu qədər şikayətə, etiraza, mətbuatda dərc olunan yazılara baxmayaraq, heç bir reaksiya verilmir. Əksinə, sanki mətbuatda ondanq yazılanda daha da arxayınlaşır. Ona qarşı çıxış edənləri isə hədələyir, həbslə qorxudur. Arif Səlimov rayonda keçirdiyi iclasların birində idarə müirlərinə xitabən bildirir ki, dediklərimə əməl etməyənin Bakıda toqqasını arxada elə kəsdirərəm ki, xəbəri də olmaz. Göründüyü kimi, Səlimov hər şeyini tirmiş, köçkün rayonda monarxiya üsulu olan krallıq yaratmaq istəyir. Qəbuluna gedən insanları potensial cinayətkar hesab edir, özünü isə polis rəfisi kimi aparır. İcra başçısının zülmü bununla bitmir. Amma inanırıq ki, qısa müddətdə lızımi ölçü götürüləcək».

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın