Ana səhifə / Sosial / İcra başçısı təqdimat verdi, Nazir Mərkəz rəisini işdən çıxardı

İcra başçısı təqdimat verdi, Nazir Mərkəz rəisini işdən çıxardı

Sumqayıtda kadr islahatları davam edir.

Zakir Fərəcov Sumqayıt şəhərinə İcra başçısı təyin olunan gündən idarə və müəssisə rəhbərlərinin işini daim diqqətdə saxlayır,vəzifəsindən sui-istifadə edən və məsuliyyətsiz yanaşan rəhbərlər barəsində tədbirlər görür.
Artıq Sumqayıtda daha bir məmur öz vəzifəsi ilə vidalaşmalı olub. Belə ki, ötən gün Sumqayıt şəhər Məşğulluq Mərkəzində kadr dəyişikliyi olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Mərkəzin rəisi Ceyhun Abbasovun işdən azad olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında təqdimatla çıxış edib. Nazirlik mərkəzin rəisi C. Abbasovu işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edib. Onun yerinə isə uzun müddətdir Sumqayıt Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində çalışan İlham Hüseynov təyin olunub.
Qeyd edək ki, ötən gün mətbuatda Ceyhun Abbasovun işsizliyə görə müavinət verilməsində nöqsanlara yol verdiyi ilə bağlı yazı dərc olunmuşdu.
Onun fəaliyyəti ilə bağlı dəfələrlə mətbuat səhifələrində məqalələr yer alıb.
mia.az

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın