Şənbə , Avqust 24 2019
Ana səhifə / Sosial / İcra başçısı prezidentin adıyla hansı sözlər deyib? – Mübariz Ağayevin haqqında sensasion açıqlama

İcra başçısı prezidentin adıyla hansı sözlər deyib? – Mübariz Ağayevin haqqında sensasion açıqlama

2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev “zəngin” məmur taleyi yaşayıb.

Belə ki, o, 2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba rayonunun icra başçısı olub. Bu postlarda onun keçdiyi yolun hansı dərəcədə uğurlu olduğunu görmək üçün qısaca olaraq ötən illərin medya xülasəsinə nəzər salmaq kifayətdir.

Göyçay rayonundakı etibarlı qaynağımız iddia edir ki, “Şöhrət” ordenli Mübariz Ağayevin fəaliyyəti haqqında kifayət qədər tənqidi materiallara rast gəlmək mümkündür. Göyçay və Mingəçevirdə rəhbərlik etdiyi dönəmlərdə sərt tənqidlərə məruz qalan, korrupsiyalaşmış məmurlar sırasında adı ön sıralarda çəkilən M. Ağayev məlum Quba hadisələrindən sonra rayona başçı təyin olundu. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslə dönüş yaradacaq.

Lakin, onun rəhbərliyinin “Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər. Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məmlumatlar verilib.

Qubanını problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda özünə məxsusluğu heç kimdə şübhə doğurmayan biznes obyektlərinin yağışdan sonra çıxan göbələklər kimi çoxalmasını da bilməyən yoxdur. İcra başçısı işlədiyi bütün ərazilərdə- Göyçayda və Mingəçevirdə çoxsaylı ticarət obyektləri, digər biznes strukturları olan M. Ağayev Qubada da öz şəbəkəsini genişləndirməyi bacardı. Rayonun əlverişli turizm bölgələrində çoxsaylı obyektlər bu gün də ondan “yadigar” olaraq fəaliyyət göstərir. Hələ üstəlik, Qubada oğlunun adam güllələməsi haqda yayılan xəbərlərin yaratdığöı narahatlıqları da bu sıraya əlavə etsək, o zaman icra başçısının karyerasının hansı təlatümlərdən keçdiyini yəqinləşdirmək çətin olmaz…

Xatırldadaq ki, 27 yanvar 2015-ci ildə prezidentin sərəncamı ilə Mübariz Ağayev ikinci dəfə Göyçay rayonunun icra başçısı vəzifəsinə təyin olunub. Onun Göyçaya ikinci gəlişi bəzi məmurlar tərəfindən atəşfəşanlıqla qarşılansa da sakinlər yenidən “keçmiş xatirələri” yada salmalı olublar.

Bildirilir ki, ikinci dəfə Göyçaya dönüşündən sonra M. Ağayev özünü sözün əsl mənasında rayonun tam sahibi kimi aparır. Müəmmalı kadr dəyişiklikləri, iş adamlarına, idarə və təşkilat rəhbərlərinə qarşı yağmalama siyasəti bu gün tam gücü ilə işləyir. Eyni zamanda icra başçısı rayonda özünü əsl sahibkar kimi aparır, biznes strukturlarını genişləndirir.

Ölkə qanunvericiliyinə əsasən dövlət qulluğunda çalışan şəxslərin sahibkarlıq və bizneslə məşğul olması qadağan olunub. Bu barədə dəfələrlə cənab prezident də sərt xəbərdarlıqlar edib. Lakin rayondan verilən məlumatlarda Mübariz Ağayevin qanunlara və şəxsən prezidentin göstərişlərinə hansı dərəcədə əməl etdiyini aydın görmək olar.

Rayondan bir qrup ziyalının “Gündəm-şok”a verdiyi məlumata görə, bu günlərdə Göyçayda 300- yaxın rayon ziyalısının, idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi toplantıda Mübariz Ağayev öz “fəaliyyətinin” bütün şifrələrini çözüb. Çıxışı zamanı icra başçısı bildirib ki, “cənab prezident məndən soruşdu ki, yenə də bizneslə məşğul olursanmı? 

Cavab verdim ki, mən fəxr edirəm ki, biznesmenəm və hər zaman bu fəaliyyətimi davam etdirirəm!”.

Dia.az

Həmçinin oxuyun

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər – RƏQƏMLƏR

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır. Ölkə üzrə …

Bir cavab yazın