Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / İcra başçısı hərbçilərlə könüllü döyüşçülər arasında ayrı-seçkilik edir?

İcra başçısı hərbçilərlə könüllü döyüşçülər arasında ayrı-seçkilik edir?

“Gənc Qazilər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla bağlı bəzi iddialar səsləndirib.
O, bu barədə sosial şəbəkə hesabında bir neçə paylaşım edib.
Qazi iddia edir ki, E.Həsənov hərbçilərlə könüllü şəkildə müharibəyə yollanmış şəxslər arasında ayrı-seçkilik edir.
Hacı Vəliyevin sözlərinə görə, icra başçısı hərbi qulluqçularla səfərbərliklə cəlb olunmuş könüllü döyüşçülər arasında ayrı-seçkilik edir, onları ev növbəsinə almır, süründürməçiliyə məruz qoyur:
“Yaralanmış, lakin əlillik ala bilməyən qazilərə kömək, yardım etmir, ƏƏSMN tərəfindən avadanlıqla təmin olunmuş qazilərə yer ayırmır, yeri başqalarına verir, onları küçə süpürməyə, zibil yığmağa layiq görür. Qəbuluna gələn əksər qaziləri binanın girişində günlərlə gözlədir”.
H.Vəliyevin sözlərinə görə, E.Həsənovla bağlı yazdığı statuslardan sonra ona təzyiqlər olub.
İB-nin sədri həmçinin qeyd edib ki, əgər tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq:
“Qazilərə qarşı süründürməçiliyi, özbaşınalığı, ən əsası özünü “Xan” kimi aparmağı dayandırmasa, şəxsən yaxın vaxtlarda Yasamal İH qarşısında, problem həllini tapmasa, mərkəzi icra hakimiyyəti orqanlarından birinin binalası qarşısında aclıq aksiya keçirəcəm”.
İddialarla bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir:
“Yazılanlar həqiqəti əks etdirmir, böhtan xarakterlidir”.

Həmçinin oxuyun

“Bunu necə hesablamısınız?” – İqtisadçıdan qiymət artmına ETİRAZ – VİDEO

TV Müsavat-ın canlı efirinin qonağı iqtisadçi ekspert Natiq Cəfərli olub. Natiq Cəfərli verilişdə qiymət artımından …