Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Sosial / İcra başçısı ağacların məhv edildiyi əraziyə getdi

İcra başçısı ağacların məhv edildiyi əraziyə getdi

Yasamal Rayon İcra başçısı Əziz Əzizov ağacların dibinə kimyəvi maddə tökülən ərazidə olub.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

“Məsələdən xəbərdar olan kimi icra başçımız dərhal ərazidə olub və tapşırıqlarını verib. Məsələylə bağlı lazımi tədbirlər görüləcək və səbəbkarlar mütləq cəzalandırılacaq. Bu, fərdi şəkildə törədilmiş bir hadisədir. Məsələylə bağlı İcra Hakimiyyətini qınamaq olmaz”.

Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb. Bildirilib ki, ərazidə olan müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə “kislota” tökülməsi ilə bağlı videogörüntülər də paylaşılmışdı.

Həmçinin oxuyun

MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – EKSPERT

“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”. Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” …