Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / İcra başçısı ağacəkmə kampaniyasına qoşuldu

İcra başçısı ağacəkmə kampaniyasına qoşuldu

İDEA ictimai birliyinin ölkədə ekologiya və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı təşəbbüsləri Lənkəranda da geniş dəstəklənir.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, 10 mart 2016-ci il tarixdə Lənkəran şəhərində Xəzər dənizi sahilində yerləşən Sahil parkına bitişik boş ərazidə torpaq-hamarlama işləri aparılaraq kütləvi ağacəkmə aksiyası keçirilib və ərazidə 1000 ədəd küknar ağacı əkilib. Ağacəkmə aksiyasında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, əmək kollektivlərinin üzvləri yüzlərlə könüllü iştirak ediblər. Yeni ağacların əkini ilə bağlı görülmüş işlərin nəticəsində ərazidəki yaşıllıq zolağı bir neçə dəfə genişlənib, təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Bu il Lənkəran rayonunda İDEA ictimai birliyinin təşəbbüsünə dəstək olaraq 20 min ağacın əkiləcəyi planlaşdırılıb.

İcra başçısı ağacəkmə kampaniyasına qoşuldu
İcra başçısı ağacəkmə kampaniyasına qoşuldu

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Bir cavab yazın