Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / İcra başçılarının ÖZFƏALİYYƏTİ – Əhəd Abıyev: “Biz bu vəzifəyə təyin olunmamışıq ki, qarnımızı şişirdək”

İcra başçılarının ÖZFƏALİYYƏTİ – Əhəd Abıyev: “Biz bu vəzifəyə təyin olunmamışıq ki, qarnımızı şişirdək”

Azərbaycandakı bəzi məmurların özbaşınalıqları bir çox hallarda çərçivəyə sığmır. Hətta bu özbaşnalıq o həddə çatıb ki, onlar keflərinə düşən vaxtlarda rəhbəri olduqları dövlət qurumlarını tərk edərək, istədikləri yerə gedə bilirlər. Bunu xüsusilə rayonların İcra hakimiyyəti başçılarına aid etmək olar.

İcra başçılarının özləri bu haqda nə deyə bilərlər? Onların bu cür davranışının hansı hüquqi əsası var?

Modern.az saytı məsələ ylə əlaqədar Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə müraciət edib.
Əhəd Abıyev saytımıza açıqlamasında bildirdi ki, icra başçısı icazə olmadan bir saat belə, işlədiyi qurumun aparatını tərk edə bilməz: “Çünki Prezident Administrasiyasının bununla bağlı göstərişi var. Amma rayon daxilində kəndlərə getmək, sakinlərlə görüşmək lazımdır və bunun üçün icazə tələb olunmur. Mən özüm də mütəmadi olaraq ən ucqar kəndlərdə oluram, sakinlərlə görüşürəm.
Sağ olsunlar görüşəndə, kəndlərə gedəndə sakinlər bizi gözəl qarşılayır, süfrə də açırlar”.
Cənab Abıyev qeyd edir ki, icra başçısının iş vaxtı səhər saat 09:00-dan axşam saat 19:00-a kimidir: “Ancaq bir çox hallarda gecə yarıya kimi işdə qaldığım vaxtlar olub. Bu, bizim işimizdir və borcumuzdur. Biz bu vəzifəyə təyin olunmuşuq ki, rayona xidmət edək. Təyin olunmamışıq ki, bəziləri kimi qarnımızı şişirdək”.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, icra başçıları rayonu idarə edən səlahiyyət sahibləridir: “İcra başçısının paytaxta gəliş səbəbi ezamiyyətlə, hər hansı vacib görüşlə bağlı ola bilər. Bu baxımdan məsələdə qeyri-hüquqi məqam görmürəm. İcra başçıları rayonu idarə edən yüksək vəzifə sahibləri, səlahiyyətli nümayəndələrdir. Onlar Prezident Administrasiyası tərəfindən müxtəlif tədbirlərə dəvət olunur. Elə məsələlər var ki, onların görüşlərə qatılması, müzakirələrdə iştirakı vacibdir”.
Hüquqşünas bölgələrdə işləyən icra başçılarının paytaxtda tez-tez görünməsinin səbəblərini belə izah edib: “Sözsüz ki, bölgələrin icra başçıları Prezident Adminstrasiyasının kuratoru əlaqələndirilərək şəhərə gəlirlər. Kurasiya olunmadan rayonu qoyub gəlirlərsə, yuxarı strukturlar bununla bağlı tədbir görə bilərlər. Əlbəttə, bunu müəyyən etmək çətindir. Bunu müəyyənləşdirmək üçün həmin məmurun birbaşa kiminlə, hansı strukturla, hansı formada əlaqədə olduğunu dəqiqləşdirmək lazımdır”.

Deputat Fazil Mustafa isə məsələni başqa cür qiymətləndirib: “İcra başçısı rayonu rəhbəri olduğu aparat vasitəsilə idarə edir. Əsas infrastruktur paytaxta aid olduğuna görə, ola bilər ki, Bakıya müəyyən işlərin görülməsi üçün gəlir. Həm də icra başçısının iş vaxtı 09:00-dan 18:00-a kimi deyil ki… Elə ekstremal anlar olur ki, onlar gecə saatlarına qədər çalışır”.
F.Mustafanın fikrincə, işini düzgün quran icra başçıları hər halda normal iş vaxtında çalışır və işçilərini də əlavə vaxtda ödəniş olmadan işlətmirlər: “İcra başçısı sərbəst ola bilər. Amma o işdən getməyincə, İcra Hakimiyyətinin aparat rəhbəri də evə getmir, işdən əlavə vaxtda ödənişsiz əsaslarla çalışmağa məcbur edilirlər. Əsas irad aparatın işlərilə, işçilərin hüquqları ilə bağlıdır. Əgər əlavə vaxtda işə məcbur edilirlərsə, bu, ciddi qanun pozuntusudur”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın