Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Sosial / İcra başçılarında hansı təyinat səlahiyyətləri qaldı?

İcra başçılarında hansı təyinat səlahiyyətləri qaldı?

Mədəniyyət və Turizm Nazirliyinin strukturunda yeniliklər qüvvəyə mindiyi üçün prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə dəyişiklik edib. Bunadək icra hakimiyyəti başçısının Mədəniyyət və Turizm Nazirliyinin yerli bölməsinin rəhbərini nazirliklə razılaşdırıb vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti vardı. Yeniliklər Mədəniyyət və Turizm Nazirliyinin yerli bölmələrinin regional mədəniyyət və turizm idarələrində birləşdirilməsini rəsmiləşdirib, beləliklə, icra başçıları təyinat hüququnu itiriblər.
Novator.az bildirir ki, hazırda icra başçıları Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli bölmələrinin rəhbərlərini razılaşdıraraq vəzifəyə təyin və vəzifədən azad edə bilir.
Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin yerli bölmələrinin rəhbərlərinin təyinatı icra hakimiyyəti başçısının təqdimatına əsasən həyata keçirilir.
Dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən yerli qurumlarının rəhbərlərinin təyinatı da icra hakimiyyətinin başçısı ilə razılaşdırılmalıdır.

Həmçinin oxuyun

Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin …

Bir cavab yazın