Ana səhifə / Sosial / İcra başçıları gəlirləri bu şəkildə mənimsəyirmiş… – Sabiq məmur danışdı

İcra başçıları gəlirləri bu şəkildə mənimsəyirmiş… – Sabiq məmur danışdı

Ölkə bələdiyyələrinin büdcə gəlirləri ötən 19.1 faiz artıb. Yəni 34.970600 manat əvəzinə ötən il 41.654.600 manat maliyyə vəsaiti toplanlıb. Ümumi artım bütün rayonlarda müşahidə edildiyi halda Qazax, Daşkəsən, Ağdam, İsmayıllı və Göyçay bələdiyyələrində gerilmə olub. Ən çox azalma isə İsmayıllı rayonunda olmuşdur, rayon bələdiyyələrinin büdcə gəliri 30 faiz azalıb. Bununda kökündə bələdiyyələrə sənədləşdirmə və yeni torpaq ayrımalarında RİH-in rəy məktublanın aylarla ləngidilməsi, bələdiyyələrin fəaliyyətinə yersiz müdaxilələrlə bağlı olduğu deyilir. Bu günlərdə rayon bələdiyyələrinin birinin möhürünun alınaraq icra hakimiyyətində saxlanılması yəqin ki, bu fikri təsdiq edir.

Nəsimi Rayon Bələdiyyəsinin keçmiş sədri Nazim Qaraxanov bu mövzu ilə bağlı Demokrat.az-a fikirlərini bildirib. O, qeyd edib ki, bələdiyyə yığımlarının çoxalmasının səbəbləri müxtəlifdir:

“Əmlak Məsələləri üzrə Dövlət Komitəsi çoxdan bəri tikilmiş və sənəd almamış binaların sənədləşdirilməsini həyata keçirir. Səyyar qruplar şəklində, elanlar verilib və çoxdan həllini özləyən məsələlər həllini tapıb. Yerli vergi ödənişləri ancaq kupçalı (reyestr xidmətindən çıxarış) mənzillərdən yığmaq mümkündür. Belə mənzillərin də sayı xeyli çoxalıb. Bu da bələdiyyə gəlirlərinin artımına birbaşa təsir edən amildir. 

Milli məclis tərəfindən təsdiq olunmuş “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qaydalara dəyişiklər var. Vaxtilə, biz bu təcrübədən istifadə etmişik. Əmlak məsələləri üzrə Dövlət Komitəsi binalardakı mənzillər barədə, onların kvadrat metrləri barədə sorğuya cavab vermək şəraiti yaradıblar. Bizim dövrümüzdə də, təxminən 2016-2017-ci illərdə bu məsələ qüvvəyə minmişdi. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəsmi məktubla müraciət edib, ödənişləri həyata keçirib, binalardakı mənzillərin kvadrat metrləri barədə dəqiq məlumat alırdıq. Sonra qanuna icra haqqında dəyişiklik oldu. Orda göstərilirdi ki, bələdiyyə məhkəmələrə müraciət etmədən, birbaşa bələdiyyə kollegiya iclasının qəbul etdiyi qərar əsasında, reyestrdən çıxarış üzrə məlum kvadratlara görə mənzil sahibinə, bələdiyyənin qərarı əsasında bildiriş göndərilir, əgər mənzil sahibi cavab vermirsə, artıq məhkəmə icraçılarına göndərilir. İllər ərzində müxanizm güclənib. Vətəndaşlar da artıq başa düşüblər ki, bələdiyyə məhkəməyə müraciət etmədən, birbaşa öz vergisini məcburi qaydada tələb edə və ala bilir.”

Nazim Qaraxanov əlavə edib ki, yığımların artımına daha bir səbəb də ödənişlərin rahat üsulla- online ödənilmə imkanının olmasıdır. 

“Artıq müxtəlif ödəniş portalları vasitəsilə, post-terminallar vasitəsilə bu proses asanlaşıb. Online ödəniş sisteminin müəllifi Nəsimi bələdiyyəsidir. Mən rəhbərlik etdiyim dövrdə, ilk dəfə olaraq daşınmaz post-terminallarda ödənişi mümkün etdik. Bu, həm də korrupsiyaya qarşı ideal addım idi. Orda həm də xüsusi kalkulyator sistemi formalaşdırılmışdı, orda hər bir vətəndaş mənzil kvadratına uyğun olaraq, hesablaya bilərdi ki, ödənişin məbləği doğrudur ya yox?!  Bələdiyyə müfəttişləri və vətəndaş arasında olan canlı ünsiyyət aradan qaldırıldı.”

Keçmiş bələdiyyə sədri vurğuladı ki, bələdiyyə seçkili orqandır və o, rəsmi olaraq, İcra Hakimiyyətinin tərkibində heç bir funksiyanı icra edə bilməz.

“Buna mexanizm yoxdur. Bələdiyyə öz topladığı pulu özü xərcləməlidir. Vaxtilə öz mövqelərindən çıxış edərək, bələdiyyə orqanlarını hansısa bir layihənin icra olunmasına məcburi şəkildə cəlb edib və bələdiyyənin gəlirini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılan icra başçıları olub.”

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …