Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / İçi sərnişinlə dolu `protiv` gedən avtobus – VİDEO

İçi sərnişinlə dolu `protiv` gedən avtobus – VİDEO

Bakı-Şamaxı yolunun əksi istiqamətində içi sərnişinlə dolu halda hərəkət edən avtobus sürücüsünün görüntüləri Avtosfer-in kamerasına düşüb. Yanvarın 12-də Müşviqabad qəsəbəsinə işləyən 10-TG-171 qeydiyyat nişanlı “Daewoo”markalı avtobusun sürücüsü yolunu uzatmamaq üçün yolun əksi istiqamətinə hərəkət edərək həm sərnişinlərə, həm də digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb. Sürücü həmin vaxt hərəkətini dayandırmadan körpüyə qalxaraq əks istiqamətdə hərəkət etməyə davam edib.

Ümid edirik ki, müvafiq qurumlar sürücünü aşkar edərək barəsində qanunauyğun tədbir görəcək.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 845 nəfər müalicə olunaraq sağalıb, 322 yeni yoluxma faktı qeydə alınıb. …