Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “İcaze.e-gov.az” portalında icazələrin bir hissəsi ləğv edilib –QƏRAR

“İcaze.e-gov.az” portalında icazələrin bir hissəsi ləğv edilib –QƏRAR

Məlum olduğu kimi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub.

Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. /Report.az

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …