Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İcazəsiz postu keçən qızlarla bağlı nazirlikdən açıqlama (VİDEO)

İcazəsiz postu keçən qızlarla bağlı nazirlikdən açıqlama (VİDEO)

İyunun 26-da Sosial  şəbəkələrdə  avtomobil  idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. DİN-dən həmin görüntülər araşdırılıb və məlum olub ki, sürücü və videonu çəkib paylaşan şəxs İranə Əhmədova adlı poçt işçisidir. 
Qaynarinfo Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, avtomobili  idarə edən  şəxs həqiqətən də  “Azərpoçt” MMC-nin  Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı  Poçt Şöbəsinin əməkdaşı İranə Əhmədovadır.  Poçtun əməkdaşı tərəfindən çəkilib, paylaşılan video iş vaxtı qeydə alınmayıb.
O da qeyd olunub ki, “Azərpoçt” MMC-nin əməkdaşı iş vaxtı olmamasına baxmayaraq, paytaxtda tətbiq olunan karantin rejimini kobud şəkildə pozduğuna və bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığına görə, ciddi cəzalandırılacaq.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …