Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İçərişəhərdəki partlayışda xəsarət alanların adları – SİYAHI

İçərişəhərdəki partlayışda xəsarət alanların adları – SİYAHI

Ötən gün İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında saat 17:10 radələrində baş vermiş partlayış nəticəsində xəsarət alanların adları bəlli olub.

Onlar – Vaqif İsmayılov və ailə üzvləri – 2005-ci il təvəllüdlü R.İsmayılov, 2002-ci il təvəllüdlü F.Məmmədov, 1970-ci il təvəllüdlü Səidə Alik qızı Ağayevadır.

Xəsarət alanlar yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya yerləşdiriliblər və onların vəziyyətləri qənaətbəxşdir.

Partlayışda xəsarət alan digərləri – 1972-ci il təvəllüdlü Ceyhun Vaqif oğlu İsmayılova, 1982-ci il təvəllüdlü Gövhər Vaqif qızı İsmayılovaya və 1947-ci il təvəllüdlü Hökümə Ağamalı qızı İsmayılovaya isə hadisə yerində ötən gün tibbi yardım göstərilmişdi.

Qeyd edək ki, İ.Əfəndiyev küçəsi 10-da yaşayan 1942-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu İsmayılova məxsus, sahəsi 112 kv.metr olan ikimərtəbəli evdə qaz sızması səbəbindən partlayış baş verib. /Oxu.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …