Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / I qrupda bütün abituriyentlər qəbul oluna bilər

I qrupda bütün abituriyentlər qəbul oluna bilər

I ixtisas qrupu üzrə 9866 nəfər abituriyent 200-dən çox bal toplayıb, 150-dən çox bal toplayan abituriyentlərin sayı isə 15052 nəfərdir.

Təhsil eksperti Kamran Əsədov builki qəbul imtahanının nəticələrini təhlil edərkən deyib. Ekspert bildirib ki, 2020-ci ildə isə I qrupda 200-dən çox bal toplayan 10343 nəfər, 150-dən çox bal toplayan 15373 nəfər abituriyent olub. 

2021-ci ildə I ixtisas qrupu üzrə 15758 plan yeri ayrılıb ki, onun da 10112 plan yeri ödənişsiz plan yeridir.

2020-ci ildə isə 14924 plan yeri ayrılmışdı ki, onun da 9290 plan yeri ödənişsiz idi.

I qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin hamısı qəbul ola bilər.

Hətta I qrupda 200 balla dövlət universitetlərində pulsuz ixtisasa qəbul olmaq olar. 

I ixtisas qrupu üzrə 650-dən çox 178, 600-dən çox 640, 550-dən çox 1224, 500-dən çox 1894 abituriyent bal toplayıb ki, 2020-ci ildə 650-dən çox 179, 600-dən çox 611, 550-dən çox 1189, 500-dən çox 1903 abituriyent bal toplamışdı. 

I ixtisas qrupu üzrə Prezident təqaüdünü 685-dən çox bal toplamış abituriyentlər ala biləcək. 

Bu il I ixtisas qrupu üzrə nəticələr 2020 illə müqayisədə ciddi fərqlənir.

Həmçinin oxuyun

“Məktəblərin açılması təmasların artımına gətirib çıxaracaq ki…” Baş infeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. …