Ana səhifə / Sosial / Hüseynbala Mirələmovu “türemşik”lər deputat ediblərmiş…

Hüseynbala Mirələmovu “türemşik”lər deputat ediblərmiş…

“Türmədəki məntəqədən “türemşik”lərin guya 100 faizinin səsini topladı”
 
Bəlli səbəblərdən cəmiyyətdə ölü sükut hökm sürsə də payızda keçiriləcək mandat savaşına qoşulanların sayının əvvəlki illərdən xeylıi çox olacağını iddia etmək üçün əsaslar var. çünki obrazlı desək, konstitusiyanın verdiyi səlahiyyətlərdən istifadə etmək hüququ olan və yaxasında mandat görməyi arzulayan hər kəs qolunu çırmamaq niyyətindədir…
Amma stajlı və real namizədlər tərəddüd içərisindədir, seçki prosesinin mahiyyətini və qutular ətrafında baş verənləri dönə – dönə öz təcrübələrində sınaqdan keçirmiş siyasilər növbəti dəfə peşmançılıq və əsəb keçirmək istəmirlər…
Moderator.az-ın müraciət etdiyi tanınmış hüquqşünas, Milli Şuranın üzvü Namizəd Səfərovun könlüsüz cavabından da bunu müəyyənləşdirmək çətin deyil.
“Parlament seçkilərinə qatılası olsanız hansı dairəni gözaltı edəcəksiniz?” sualına cavabında Namizəd bəy deyir ki, hələ bu barədə düşünmək belə istəmir:
“Seçkilərin bu günədək necə keçirildiyini bildiyiniozdən köhnə palan içi tökməyi artıq hesab edirəm. Hələ ki, parlament seçkiləri ərəfəsindəki siyasi mühiti təhlil edərək belə düşünürəm ki, hakimiyyətin bu dəfə də ağılasığmaz saxtakarlığa əl atmayacağına işarə olan bir əlamət olmadığından indidən seçki barədə fikir bildirmək qeyri-ciddilik olardı. Mən ötən seçkilərdə namizəd kimi qatılmışam və seçki prosesinin xırdalıqlarını bilirəm. Ona görədə əgər belə qərara gəlsəm, prosesi uğurla başa çatdıracağıma şübhə etmirəm. Sadəcə halal səsimizə haram qatmasalar. Təsəvvür edin ki, ötən seçkiolərdə bizim dairədən Hüseynbala Mirələmli “qalib gəldi”. Türmədəki məntəqədən “türemşik”lərin 100 % – nin guya səsini topladı. Amma o real olaraq hamıdan az səs toplamışdı və ona deputat mandatını hədiyyə etdilər. Ona görə də indidən hamının gözaltı etməli olduğu seçki dairələri yox, seçkiqabağı mühitin indiki acınacaqlı vəziyyətdən heç olmasa qismən demokratikləşməsi istiqamətinə yönləndirilməsi səyləri olmalıdır”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın