Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Hüseyn Abdullayevdən Ziya Məmmədovun qardaşına sərt cavab

Hüseyn Abdullayevdən Ziya Məmmədovun qardaşına sərt cavab

Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun müsahibədə işlətdiyi bəzi fikirlərə cavab verib.

O, özünün facebokk səhifəsində bu barədə yazıb. Azinforum.az H.Abdullayevun həmin statusunu kiçik ixtisarla dərc edir.

Əziz həmvətənlərim!!!

Mən şübhə etmirəm ki, sizlər ölkə daxilində baş verən prosesləri, eləcə də heç bir əxlaq çərçivəsinə sığmayan biabırçılıqları diqqətlə izləyirsiniz. Elə bu baxımdan da hadisələrə detallı fikir bildirməyə ehtiyac görmürəm.

Lakin iki gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və bir vaxtlar güya “millət vəkili” olmuş Elton Məmmədovun başından böyük verdiyi bir açıqlamasına diqqət yetirmənizi xahiş edirəm. Deməli, “adam” xaricdə yaşayan bütün soydaşlarımızı şərəfsiz adlandırır. Hesab edirəm, bu açıqlamanın nə qədər provakativ olub-olmamasından asılı olmayaraq, fikir bildirməliyəm.

Əvvəla, onu deyim ki, öz ana yurdunu tərk etməyə məcbur qalan muhacirlərin şərəfinə şübhəylə baxan insanların nəsli, sülaləsi və var-yoxları şərəfsizdir. İkincisi, ey şərəf lövhəsində ən yuxarıda duran zat, əgər elə cəsarətlisənsə, niyə qardaşı “kaznit” ediləndə, cəzalandırılanda, sənin cınqırın belə çıxmadı?!. Yoxsa səsin tutulmuşdu, ay bədbəxt?!.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın