Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / Hüquq müdafiəçiləri Natiq Cəfərliyə görə toplantı keçiriblər

Hüquq müdafiəçiləri Natiq Cəfərliyə görə toplantı keçiriblər

Bu gün Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin ofisində İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü olan hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Zəlihə Tahirova, Eldar Zeynalov və Əvəz Həsənov ölkədə insan hüquqları üzrə hazırki vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər.

Musavat.com-a verilən məlumata görə, hüquq müdafiəçiləri vətəndaş cəmiyyəti üzvlərinin təqib olunmasını və iqtisadçı Natiq Cəfərlinin həbsi ilə bağlı vəziyyəti müzakirə ediblər. Görüş əsasında həbs olunanlar ilə bağlı vəziyyət təhil olunmuş, onların işləri ilə bağlı məlumatlar nəzərdən keçirilib. Son aylar ərzində Azərbaycanda həbs olunmuş vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması müsbət qiymət verməklə yanaşı, hüquq müdafiəciləri son həbslər və xüsusən vətəndaş cəmiyyətinin fəalı N.Cəfərlinin həbs olunmasını narahatlıqla qarşılayıblar.

Hüquq müdafiəçiləri həbs olunanların vəziyyətini diqqətdə saxlamaq üçün öz kolleqaları və beynəlxalq təşkilatlar arasında intensiv görüşlərin aparılmasını nəzərdə tutub, hüquq mühafizə orqanları ilə həbs olunanların işləri üzrə mütəmadi müzakirələrin aparılmasını planlaşdırıblar.

 

Həmçinin oxuyun

Məişət texnikası və mobil telefon alarkən diqqətli olun – VİDEO

Elektron məşiət avadanlıqları demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən aldığımız bu növ …

Bir cavab yazın