Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Hulusi Akardan erməni deputata sərt cavab: “Bu qədər arsızlıq olmaz”

Hulusi Akardan erməni deputata sərt cavab: “Bu qədər arsızlıq olmaz”

Dünən NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra sual-cavab hissəsində Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyənin İŞİD-i dəstəkləməsi barədə ittiham səsləndirib. Ancaq Çavuşoğlu Nahapetyanı faktlarla susdurub.

Erməni deputat bununla yetinməyib. Daha sonra tədbirdə çıxış edən Türkiyənin Baş Qərərgah rəisi Hulusu Akarın çıxışından sonra da Türkiyəni terrorizmlə günahlandıracaq çıxışlar edib.

Napetyanın ittihamlarına cavab verən Hulusi Akar, “ Siz çox tərbiyəsiz, əxlaqsızsınız. Sizin törətdiyiniz terror aktları, qətlə yetirdiniyiniz günahsız insanlarla bağlı faklar bütün dünyaya bəllidir. Qarabağda törətdiyiniz soyqrımı nə tez unutdunuz? Utanmadan başqa dövlətləri də terrorizmdə ittiham edirsiniz. Bu qədər də tərbiyəsizlik, arsızlıq olmaz” deyib.(Modern.az)

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın