Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Hövsandakı Quşçuluq kompleksinin direktoru cərimələndi

Hövsandakı Quşçuluq kompleksinin direktoru cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Suraxanı rayonunun Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər departamentlərinin mütəxəssisləri həmin ünvanda monitorinq və araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin ərazinin atmosfer havasından nümunə götürülərək analiz olunub. Analizlərin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib. Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …