Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Hövsanda qrup halında narkotikin qəbul edildiyi ev aşkarlandı – Video

Hövsanda qrup halında narkotikin qəbul edildiyi ev aşkarlandı – Video

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib.
Bu barədə DİN-in məlumatında deyilir.
Məlumata görə, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb:
“Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …