Ana səhifə / Sosial / Hökumətdən Ziya Məmmədova daha bir zərbə – İşçilərinin sayı azaldıldı

Hökumətdən Ziya Məmmədova daha bir zərbə – İşçilərinin sayı azaldıldı

 

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərar verib.
Dəyişiklik Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının və regional bölmələrinin işçilərinin say həddi ilə bağlıdır.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regonal bölmələrinin işçilərinin sayı azaldılıb, Xidmətin aparatının işçilərinin sayı artırılıb. Başqa sözlə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının və regional bölmələrinin işçilərinin say həddi 204 ştat vahidindən 145 ştat vahidinə endirilib, o cümlədən Xidmətin aparatının işçilərinin say həddi 75 ştat vahidindən 100 ştat vahidinə qaldırılıb.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regonal bölmələrinin işçilərinin sayı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” MMC və Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə əlaqədar azaldılıb.
mia.az

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın