Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Hökumət ünvanlı sosial yardımlar üçün vəsaiti azaldır

Hökumət ünvanlı sosial yardımlar üçün vəsaiti azaldır

2019-cu ilin dövlət büdcəsi zərfində təqaüdlər və sosial müavinətlər istiqaməti üzrə 171200 min manat vəsait ünvanlı dövlət sosial yardımların (ÜSY) ödənişi üçün proqnozlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində  qeyd edilib.

 

Sənəddə göstərilib ki, bu vəsait 2017-ci ilin icrasından 43517 manat və ya 20,3 faiz, 2018-ci ilin təsdiq edilmiş proqnozundan isə 35000 min manat və ya 17 faiz azdır.
Eyni zamanda, “Büdcə zərfi”nə daxil edilmiş məlumatlara əsasən, növbəti ildə ünvanlı dövlət sosial yardımlarının  verilməsi üçün  ehtiyac meyarının 10 faiz artırılaraq 143 manat məbləğində təsdiq olunması nəzərdə tutulur.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …