Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Heydər Əsədov, Ziya Məmmədovun adamları…” – Partiya sədrinə təhdid

“Heydər Əsədov, Ziya Məmmədovun adamları…” – Partiya sədrinə təhdid

“Heydər Əsədov günü bu gün həbs edilməlidir və ondan soruşdurulmalıdır ki, sən niyə ermənilərlər müqavilə imzalayıb Azərbaycanın kənd təsərrüffatın məhv edirsən?”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir çox rayon icra başçıları büdcə təşkilatlarında çalışanları zorla pambıq yığımına cəlb etməsini və pambıqçılara yığdıqları pulun verilməməsinin səbəblərin PİA.AZ-a şərh edərkən deyib.
Sözsüz ki, qlobal iqtisadi böhran Azərbaycandan yan keçməyə bilməzdi. Bildiyimiz kimi ölkəmizdə bir çox sahələrdə durğunluq hökm sürdü. Buna görə də yeni sahələrdən gəlir götürmək üçün müxtəlif istiqamətlərdə bir çox işlər aparılır. Həmçinin Azərbaycanın iqlimi imkan verir ki, kənd təsərrüfatı sahəsindən kifayət qədər büdcəmizə xarici valyuta gətirə bilərik. Bu il artıq bu istiqamətdə böyük layihələrə start verilib, o cümlədən, pambıqçılığın inkişafına çox diqqət yetirilir, baramaçılıq, üzümçülük sahələri artırılır. Ancaq bu işlərdə də bir çox problemlərin şahidi oluruq. Bir çox rayonlardan gələn şikayətlərə görə rayon icra başçıları büdcə təşkilatlarında çalışanları zorla pambıq yığımına cəlb edirlər və yığdıqları pambığın pulunu vermirlər. Bildirirlər ki, dövlətdən maaş alırlar.
Mövzu ilə bağlı PİA.AZ-in əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib. Partiya sədri qeyd edib ki, pambığın əkinin gecikdiriblər. İndi də rayon icra hakimiyyətinin başçıları çalışırlar ki, saxtakarlıq etsinlər:
“İlk olaraq onu qeyd edim ki, ölkəmizdə dedikləri qədər heç pambıq yoxdur. Məsələn Masallıda cəmi 23 ha, başqa rayonlarda da 30, 40, 50 ha pambıq əkilib. Bunlar pambığın əkinin gecikdiriblər. İndi də rayon icra hakimiyyətinin başçıları çalışırlar ki, saxtakarlıq etsinlər. Cənab prezidentin tapşırığı var ki, pambığı yığanlara lazımı qədər pul ödənilsin. Amma bu gün də bizim Goranboy rayon təşkilatının sədri mənə zəng edib deyir ki, pambıqçılara pul ödənilmir və narazılıq yaranıb. Yəni deyiblər ki, pul yoxdu deyə ödəniş edə bilmirik. Cənab prezident tapşırıq verir, amma o tapşırığı yerinə yetirmirlər. Bu da ona görədir ki, dövlətlə xalqı üz-üzə qoymaq istəyən xüsusi qüvvələr var. Bu qüvvələrə başçılıq edənlərdən biri də Kənd Təsərrüffatı naziri Heydər Əsədovdur. Heydər Əsədov da qudası Ziya Məmmədovun qisasın almaq istəyir.
Hal-hazırda Kənd Təsərrüffatı naziri Heydər Əsədov rayonlara göstəriş verib və müəyyən sapatajnan məşğuldur. Elə bu pambıq yığımına pulların verilməsinin kökü də buradan qaynaqlanır. Onu da xüsusi qeyd edim və sahibkarlara da müraciət edirəm ki, Heydər Əsədov ermənilərlə həm pambıq, həm maldarlıq sahələri üzrə müqavilə bağlayıb. Bu müqavilə ilə alınan dərmanların hamısı da saxta çıxıbdır. Sahibkarlar həmin dərmanlardan birin götürüb analizə göndərsələr görəcəklər ki, o dərmanlar, ancaq heyvanları tələf etməkdən ötrüdür. Bu da ermənilərin Azərbaycanda apardığı təxribatin bir hissəsidir. Bu təxribatın başında da Heydər Əsədov durur. Ona görə də Heydər Əsədov günü bu gün həbs edilməlidir və ondan soruşdurulmalıdır ki, sən niyə ermənilərlər müqavilə imzalayıb Azərbaycanın kənd təsərrüffatın məhv edirsən?
Bir ay əvvəl Sabirabadda olan hadisəni yadımıza salaq. Pambığı zərəverənlərdən təmizləmək üçün dərman verdilər, amma əksinə olaraq zərərverənlər daha da inkişaf etdilər. Bu işi də ölkədə olan xüsusi xəyanətkar qruplar etdilər. Yenə qeyd edirəm ki, bütün bu işlərin başında Heydər Əsədov durur. Heydər Əsədovun yeznəsi Anar Məmmədovun xəyanətlərinin üstü açıldı. Həmçinin Heydər Əsədovun cinayətlərinin də üstü acılacaq, yavaş-yavaş da açılır. Bu nazir ancaq cənab prezidenti aldatmaqla məşğuldur. Məsələn bir yerə çox pambıq əkdirir, sonra da prezidenti aparıb ora yalan məlumat verirlər ki, başqa yerlərdə də bu cür pambıq var. Amma heç bir yerdə çox pambıq olmur. Bu qudalar Azərbaycan dövlətini çökdürməyi qarşılarına məqsəd qoyublar. Heydər Əsədov da həbs edilməyənə qədər Azərbaycan kənd təsərrüffatı inkişaf etməyəcək.
Bu cür nazirlər demək olar ki, çoxdur və hamısı da cənab prezidentə xəyanət edirlər. Bu gün prezidentə xəyanətin qarşısın alan yeganə bir adam varsa, o da Hafiz Hacıyevdir. Bir necə gün əvvəl mənim Heydər Əsədov haqqında saytlara dediyim ermənilərlə iş birliyi, saxta dərmanları Azərbaycana gətirmələri, sahibkarlara verilən kreditlərin fazilərinin götürdüklərin və s. xəbərlər öz təsdiqin tapdı. Buna görə bu günlərdə Heydər Əsədov, Ziya Məmmədovun adamları tərəfindən mənə təzyiqlər oldu. Sonra onlar mənə minnətçi düşdülər ki, bizim iç üzümüzü açdın. İndi də həbs edilmək qorxumuz var. Amma o insanlar həbs edilməyənə qədər mən rahat oturmayacam”.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın