Ana səhifə / Sosial / Hesablama Palatasına qanunu pozanların hesablarını dondurmaq icazəsi verildi

Hesablama Palatasına qanunu pozanların hesablarını dondurmaq icazəsi verildi

Hesablama Palatasının Kollegiyası “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları”nı təsdiq edib.

Virtualaz.org Hesablama Palatasının saytına istinadən bildirir ki, kollegiya iclasında layihənin müzakirəsində bu Qaydaların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16-1 maddəsinin icrasının təmin olunması məqsədini daşıdığı qeyd edilərək Hesablama Palatası tərəfindən aparılmış maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların verilməsi prosedurlarını müəyyən etdiyi bildirilib. Eyni zamanda “Hesablama Palatası” haqqında Azərbaycan Respublikası Qanununun 16-1 maddəsi ilə təqdimat göndərilmiş qurumlar tərəfindən bu təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verməli olması, təqdimatlar əsassız icra edilmədikdə isə Hesablama Palatası sədrinin qərarı ilə həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlar verilməsinin təsbit edildiyi qeyd olunub, “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” ilə müəyyən edilmiş təqdimat formalarının layihələri müzakirə edilib.

Sonda “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” təsdiq edilib, 2015-cı il uçun Iş Planına əsasən həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesablama Palatasının təqdimatlarını əsassız icra etməyən qurumların siyahısının müəyyən edilməsi və həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə təqdimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın