Cümə axşamı , May 23 2024
Ana səhifə / Sosial / Hesabat: Azərbaycanda hər gün ortalama 24-25 nəfər narkotikə görə saxlanılır

Hesabat: Azərbaycanda hər gün ortalama 24-25 nəfər narkotikə görə saxlanılır

Ötən il Azərbaycanda 8 min 777 nəfər narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunub.
Həmin şəxslərdən 16 nəfərin 18 yaşı olmayıb. Məsuliyyətə cəlb edilən 1893 şəxs isə gənc yaşlardadır.

Cinayətə görə məsuliyyətə cəlb edilənlərin ümumi sayını ilə böləndə narkotik cinayətinə görə hər gün ortalama 24-25 nəfərin saxlanıldığı məlum olur.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilə dair hesabatında belə deyilir.

Narkotiklə bağlı toplam araşdırılan faktların sayı isə 10 min 60-dır.

Foto: Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

Cinayət əməllərinin motivi

Hesabatda bildirilir ki, son iki ildə narkotik cinayətlərinin illik sayı 10 mini aşır.

İşin çoxu – 66 faizi (6629-u) narkotik vasitələrin qanunsuz əldə edilib, saxlanması ilə bağlı olub.

Satışa görə 3 min 141 cinayət işi qeydə alınıb. Bu da ümumi cinayətlərin 31 faizidir.

Narkotik vasitə becərilməsinə görə

286 cinayət işi narkotik vasitə yetişdirməklə bağlıdır. Aidiyyatı qurumları ötən il 7 tondan çox narkotik maddə ələ keçirib.

Narkotika. Foto: DİN

Hesabatda qeyd edilir ki, bu, 2022-ci illə müqayisədə 29 faiz artım deməkdir:

 “Ələ keçirilmiş narkotik maddələrin bazar dəyəri 281 milyon manata yaxın olub”.

Narkotik cinayətlərində yarğılananlar kimlərdir?

Ötən il narkotik cinayətləri ilə bağlı tutulanların 245 nəfəri (3 faiz) qadınlardır.

Məsuliyyətə cəlb edilənlərin 100 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.

Hesabatda qeyd edilir ki, məsuliyyətə cəlb edilənlərin 35 faizi təkrar eyni cinayəti törətmiş şəxslərdir.

Cinayətlərin ən çox olduğu bölgələr

Bakıda baş verən cinayətlərin sayı 4443-dür. Bu, ümumi Azərbaycanda bu qəbildən qeydə alınan işlərin 44 faizidir.

Cinayətə cəlb edilənlərin 46 faizi isə Bakı sakini olub.

Bakıdan sonrakı sırada Lənkəran və Şirvan gəlir.

Foto: Azərtac

Bu rayonlarda əhalinin hər min nəfərinə 14 narkotik istifadəçisi düşür.

Növbəti sıralarda Salyan və Sumqayıt gəlir. Bu bölgələrdə əhalinin hər min nəfərinə doqquz narkotik istifadəçisi düşür.

Ümumilikdə ölkə ərazisində 36 min 659 nəfər narkotik istifadəçisi dispanser nəzarətindədir.

Ölüm halları

2023-cü ildə yüksək doza narkotik vasitə səbəbindən 172 nəfər həyatını itirib. Onlardan 25 nəfər 30 yaşına çatmayan insanlar olub.

Specify Caption
Foto: Meydan TV

Son üç il ərzində isə ölkə ərazisində 679 nəfər narkotik istifadəsindən həyatını itirib.
Ötən il ölkə ərazisində İİV-ə (İnsan immunçatışmazlığı virusu) yoluxan 919 nəfərdən 68-i inyeksion narkotik istifadəsindən olub.

İl ərzində narkotik cinayətləri ilə bağlı 9 min 236 nəfərə hökm oxunub:

“Onlardan 6 min 634 nəfərə məcburi müalicə təyin edilib”, – hesabatda bildirilib.

Həmçinin oxuyun

Daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə …