Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / HDP-li yeni deputatdan sərt çıxış- “Rədd olub gedəcəksiz…”

HDP-li yeni deputatdan sərt çıxış- “Rədd olub gedəcəksiz…”

Türkiyədə Xalq Demokratik Partiyasından (HDP) millət vəkili seçilən Burcu Çelik Özkan sərt çıxış edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, millət vəkili HDP-nin 10 faizlik səddi aşması şərəfinə Muşda keçirilən təntənəli tədbirdə çıxışında kənd qoruyucularını tənqid atəşinə tutub:

“Bu məmləkətdən rədd olub gedəcəksiniz. Bizə uzatdığınız silahı sizə necə çevrimək lazım olduğunu yaxşı bilirik”.

Millət vəkili kənd qoruyucularının öz kəndlilərinə silah çəkdiyini iddia edərək həmin bölgələrin əhalisinə səslənib.

HDP-dən seçilən digər millət vəkili Ahmet Yıldırım isə partiyasının əldə etdiyi qələbinin kürd siyasi inqilabının 40 illik əməyinin nəticəsi olduğunu əlavə edib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın