Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Hazırkı baş nazirin nə səlahiyyətləri var ki…”- Eks-baş nazir

“Hazırkı baş nazirin nə səlahiyyətləri var ki…”- Eks-baş nazir

Azərbaycanda I vitse-prezident və vitse-prezident vəzifələri yaradılması təklif olunur. Bu məsələ “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində nəzərdə tutulur.
Maraqlıdır, qeyd olunan qanun qəbul olunacağı halda Azərbaycanın baş nazirinin səlahiyyətləri azalmayacaq ki?
Eks-baş nazir Pənah Hüseyn Moderator.az -ın sualına sualla cavab verib:
“Hazırkı baş nazirin nə səlahiyyətləri var ki, azala da? Təbii ki, baş nazirin postunun siyasi əhəmiyyəti azalacaq. Vitse-prezidentə gəldikdə isə Ölkədə  prezident olmadıqda siyasi hakimiyyətin ötürülməsi mexanizmi vitse-prezidentə veriləcək. Prezident seçkilərinə qədər ölkəni artıq o, idarə edəcək.”

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın