Azərbaycanda I vitse-prezident və vitse-prezident vəzifələri yaradılması təklif olunur. Bu məsələ “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində nəzərdə tutulur.
Maraqlıdır, qeyd olunan qanun qəbul olunacağı halda Azərbaycanın baş nazirinin səlahiyyətləri azalmayacaq ki?
Eks-baş nazir Pənah Hüseyn Moderator.az -ın sualına sualla cavab verib:
“Hazırkı baş nazirin nə səlahiyyətləri var ki, azala da? Təbii ki, baş nazirin postunun siyasi əhəmiyyəti azalacaq. Vitse-prezidentə gəldikdə isə Ölkədə prezident olmadıqda siyasi hakimiyyətin ötürülməsi mexanizmi vitse-prezidentə veriləcək. Prezident seçkilərinə qədər ölkəni artıq o, idarə edəcək.”