Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Sosial / “Hazırda heç bir millət vəkili maaşlarının artırılmasına maraq göstərməz”

“Hazırda heç bir millət vəkili maaşlarının artırılmasına maraq göstərməz”

“Hesab edirəm ki, indiki halda əsasən sadə vətəndaşların rifah halı yaxşılaşdırılmalıdır. Doğrudur, deputatların maaşı bir çox dünya ölkələri ilə müqayisədə yüksək hesab edilmir, ancaq nəzərə almaq lazımdır ki, xalqın maaşı heç yüksək deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, sosial ödənişlər, əmək haqqı və pensiyaların artırılması lazım olan bir vaxtda deputat maaşı dalınca qaçıb, artırılmasını tələb edə bilməz: “Bu gün deputatın maaşını ehtiyaclarımızı qarşılamağa imkan verir. Sadə xalqla, digər bir sıra sahələrdə çalışan işçilərin maaşı ilə müqayisədə yüksəkdir. Məncə, belə dövrdə heç bir deputat maaşlarının artmasına xüsusi maraq göstərməz. İndi əsas diqqət xalqın rihaf halının yaxşılaşdırılması, müharibə iştirakçılarının, şəhid ailəsi üzvləri və qazilərinin sosial vəziyyətinin qorunmasına yönəldilməlidir”.

Qeyd: Sosial şəbəkələrdə deputatların da maaşlarının artırılacağı ilə bağlı müzakirələr başlayıb.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …