Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Sosial / Havanın temperaturu 8 dərəcə enəcək – PROQNOZ

Havanın temperaturu 8 dərəcə enəcək – PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

Azərbaycanda yoluxma sayı yenidən artdı

Azərbaycanda  yeni koronavirus infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və …