Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur – Bakı və Abşerondakı vəziyyətlə bağlı açıqlama

Havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur – Bakı və Abşerondakı vəziyyətlə bağlı açıqlama

İyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və iqlim şəraiti üçün xarakterikdir.

Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub.

Hazırda avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …