Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək:

“Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Ayın 18 və 19-da hava şəraiti sabitləşəcək və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləklərində üstünlük müşahidə olunacaq”.

Gülşad Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Həmçinin oxuyun

Nərimanovda “yaşıl soyqırım” – Çoxillik zeytun ağacları kəsildi – FOTOLAR

Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40a ünvanında çoxillik zeytun ağacları kəsilib. Bu barədə ərazidə yaşayan …