Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar əhaliyə müraciət edib.

Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

“Yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırırıq. Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur”, – müraciətdə vurğulanıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …